ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər İran İslam Respublikası Ordusunun Hərbi Hava Qüvvələri, həmçinin Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanları və işçiləri ilə görüşdə bildiriblər ki, zəif olmaq düşməni hərəkətə keçməyə təşviq edəcək. O həzrət əlavə ediblər: Biz heç bir ölkə və xalqı təhdid etmək ardınca deyilik; biz ölkənin təhlükəsizliyinin qorunması və təhdidin qarşısının alınmasının ardıncayıq.
İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İranın silahlı qüvvələrinə istedad və imkanlardan maksimum istifadəni, mühüm işləri irəlilətməyi, müxtəlif istiqamətlərdə müdafiə əsasını gücləndirməyə səy göstərməyi tövsiyə edib və belə söyləyiblər: Əgər Amerikanın qabaqkı prezidentləri bu rejimin şeytani yolunu çətirlər altında izləyirdilərsə, bu gün amerikalıların başqalarının imkanlarına tamahkarlıqları, fitnəkarlıqları, militarizmi və yoldan azdırmaları açıq-aşkardır və İran xalqının düşmənlərinin bu yanlış yolu mütləq şəkildə uğursuzluğa məhkumdur.
Həzrət Ayətullahuluzma Xamenei həmçinin Amerikanın İrana qarşı sanksiyalarına işarə edərək, söyləyiblər: Təhididlər fürsətə çevriləcək və cinayətkar bir hərəkət olan sanksiya ölkənin neftə tabeliyindən xilas olması və bir çox problemin həll edilməsi amili ola bilər.
İslam İnqilabının Böyük Rəhbəri sonra belə qeyd ediblər: Əlbəttə, Amerikanın hakim dairələrindəki bəzi sayıq şəxslər bu məsələni dərk edirlər. Onlar deyirlər ki, İrana neftsiz iqtisadiyyatı sınaqdan keçirmək imkanı verməməliyik və buna görə, bir yolu açıq qoymalıyıq ki, İran iqtisadiyyatı bütövlükdə neft pulundan ayrılmasın ki, İranın məsul şəxsləri, xüsusən iqtisadi rəsmiləri bu sahədə sayıq olmalıdırlar.
Həzrət Ayətullahuluzma Xamenei həmçinin düşmənlərin vasitələri və metodlarının mürəkkəb olmasına işarə edərək, deyiblər: Əvəzində, İran İslam Respublikasının üsul və metodları da keçmişdəkindən daha mürəkkəb olubdur. Belə ki, hazırda ölkənin müxtəlif bölmələrində tamamilə məntiqli, mürəkkəb və irəliləyən üsul və işlər cərəyan etməkdədir ki, bu da ölkənin strateji dərinliyinin təminedicisi olaraq, düşməni yerində dondurubdur.






























...........
340