ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Vladimir Putin İranın Moskvadakı səfirinin etimadnaməsinin təqdimatı mərasimində bildirib ki, İran-Rusiya münasibətləri dostcasına və qarşılıqlı hörmət əsasındadır. O, əlavə edib: Biz iki ölkə əlaqələrinin bütün sahələrdə güclənməsini istəyirik.
O, deyib: İran və Rusiya mühüm iqtisadi layihələr, dəmir yolu və dinc nüvə enerjisi sektoru xüsusiyyət təşkil etməklə iri müştərək layihələrdə əməkdaşlıq edirlər. Bu əlaqələrin müsbət nəbzi İranın Avrasiya İqtisadi Birliyinə qoşulduğu zamandan bəri sürətlənib.
Vladimir Putin deyib: Astana razılaşması çərçivəsində İranla həmkarlıq Suriya məsələsinin həllində təsirli rol oynayıb.
İran İslam Respublikasının Rusiyadakı yeni səfiri Kazem Cəlali öz etimadnaməsinin Rusiya prezidentinə təqdimatı mərasimində Tehran-Moskva münasibətlərinin daha da möhkəmləndirilməsi və gücləndirilməsini istəyib.
...........
340