ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Quru Qoşunların istənilən müharibəyə son qoymaq qabiliyyətinə işarə edən briqada generalı Kyumərs Heydəri əlavə edib: "İran Ordusunun Quru Qoşunlarının artilleriyası İran İslam Respublikasının silahlı qüvvələrinin güclü tərəflərindən biridir".
Kyumərs Heydərinin sözlərinə göə, İslam bir məktəbdir ki, insan tərbiyə edir və İslam dinində təhsil almaqdan məqsəd mükəməlləşmək və cəhalətdən xilas olmaqdır. O, deyib ki, İslam məktəbində tərbiyə almaq sayəsində kamilləşən insanlardan biri də İslam İnqilabı Keşikçiləri Korpusu-Sepahın Qüds Qüvvələrinin şəhid komandanı ordu generalı Qasim Süleymanidir.
İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmi də ölkəsinin heç vaxt hegemonçu cəbhənin artıqtamahlıqları qarşısında təslim olmayacağını deyib və İslam Respublikası düşmənlərinə xəbərdrlıq edib ki, İran xalqının təhlükəsizlik hüdudlarına və amallarına təcavüz edənlər İslam Respublikasının silahlı qüvvələrinin sarsıdıcı cavabı ilə üzləşəcəklər.
İslam İnqilabının enişli-yoxuşlu 41 illik dövrünə toxunan Briqada generalı Hatəmi əlavə edib: " İran xalqının həmrəyliyi və birliyi istikbar cəbhəsi fitnələrinin məğlubiyyətə uğramasının əsas amilidir".
..........
340