30 yanvar 2020 - 05:39
“Əsrin sövdələşməsi” əsrin ən mənfur planıdır

İran prezidenti dünən gecə amerikan “əsrin sövdələşməsi” planını əsrin ən mənfur planı adlandırıb.

(ABNA24.com) Həsən Ruhani “əsrin sövdələşməsi” adlı fitnəyə reaksiyada tvitterdə ingiliscə yazıb: Bu axmaqcasına hərəkətlər yetər. Bu, əsrin ən mənfur planıdır.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də dünən gecə amerikan-sionist “əsrin sövdələşməsi” planını “cəhənnəmə doğru magistral yol” adlandırıb.

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günü sionist rejimin baş naziri Benyamin Netanyahu ilə yanaşı, Ağ Ev-də amerikan “əsrin sövdələşməsi” planını təqdim etdi.

“Əsrin sövdələşməsi” Amerika hökuməti tərəfindən irəli sürülən yeni plandır. Bu plan Fələstin xalqının hüquqlarını aradan götürmək məqsədini güdür. Plan Ərəbistan daxil olmaqla bəzi ərəb ölklələrinin razılığı və həmkarlığı ilə işlənib hazırlanıbdır.

Qüdsü sionist rejimə təqdim edən bu plan müqavimət qüvvələrinə mübarizəni, fələstinli didərginlərə də qayıdış haqqını qadağan edir.

Bu plana görə, Fələstin yalnız Qərb sahilində və Qəzzə zolağında qalan torpaqlara sahib olacaq.

Bütün fələstinli qrup və cərəyanlar açıq şəkildə bu plana qarşı çıxıbdır.

Bir çox ölkə, şəxsiyyət, siyasi və dini məsul şəxs, xüsusən də müsəlmanlar da bu planı pisləyiblər.

ABŞ sionist rejimin Fələstin ölkəsinə və məzlum Fələstin xalqına qarşı işğalçılığı və cinayətlərinin əsas himayədarıdır.


/129