24 yanvar 2020 - 18:38
General Əmir Əli Hacızadə: “Şəhid Süleymanini öldürən PUA Küveytdən qalxmış ola bilər”

General Hacızadə, belə deyib: “Ümumiyyətlə Küveytdəki Əli Əl Saləm hava bazasından qalxan MQ-9 tipli PUA (hücum əsnasında) bölgənin üzərində idi”.

Əhli Beyt (əleyhimus səlam) Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata görə, İran İnqilab Keşikçiləri Ordusu (SEPAH) Hava Qüvvələrinin komandiri briqada generalı Əmir Əli Hacızadə şəhid general Qasım Süleymanini terror edən silahlı pilotsuz uçuş aparatlarının (PUA), Küveytdəki ABŞ bazasınından qalxa biləcəyini söyləyib.

Hacızadə ABŞ-ın bölgədə istifadə etdiyi 4 bazanın Bağdad hava limanında şəhid general Süleymani də daxil olmaqla 10 nəfərin həlak olduğu hücumla əlaqəli olduğunu açıqlayıb.

Hücumun baş verdiyi gecə ABŞ-ın bölgədəki bazalarından ağır sursat daşıyan təyyarələrin qalxdığını müşahidə etdiklərini bildirən general Hacızadə, belə deyib: “Ümumiyyətlə Küveytdəki Əli Əl Saləm hava bazasından qalxan MQ-9 tipli PUA (hücum əsnasında) bölgənin üzərində idi”.

Hücumda ABŞ-ın İraqdakı bazalarından da istifadə edildiyini qeyd edən Hacızadə, belə davam edib: “Helikopterlər da İraqdakı Taci və Əynul-Əsəd hava bazasından havaya qalxdı. Bu vəziyyəti müşahidə etdik, amma məqsədlərinin nə olduğunu bilmədik”.

Hacızadə hücum əsnasında ABŞ-a aid bir F-15 tipli döyüş təyyarəsinin da Bağdad hava limanı yaxınlığında olduğunu qeyd edərək, belə danışıb: “Bizim araşdırmalarımıza görə, ən az 4 ABŞ bazası bu hücumda istifadə edilib”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!