Əhli Beyt (əleyhimus səlam) Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata görə, ötən gün 20 Yanvar 2020-ci il İslam İnqilabı Keşikçiləri Korpusu- Sepahın Qüds Qüvvələrinin yeni təyin edilmiş Komandiri Sərdar İsmail Qaani cənablarının inaqurasiya – andiçmə mərasimi keçirilmişdir.
Sepahın Baş Qərərgah Komandanlığında keçirilən andiçmə mərasimndə İran İslam Respublikasının Silahlı Qüvvələrinin komandirləri və ali rütbəli məsul şəxsləri iştirak ediblər.
İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin Komandiri Sərdar Qaani mərasimdə çıxış edərək deyib: "Bu mərasim əslində Vilayətə və xalqına sadiq olan, qorxmaz komandirin (şəhid Qasım Süleymaninin) mərasimidir. Biz bu mərasimdə o mələkuti şəxssiyyətə malik olan, müqavimət hərakatının nümunəvi ülgüsü ilə öz əhdimizi yeniləməliyik ki, qoy onun getdiyi davam etsin."
Briqada generalı, mühafizəçi İsmail Qaani cənabları şəhid Qasım Süleymaninin namərdcəsinə düşmən tərəfindən terror edilməsinə işarə edərək deyib: "Düşmən namərdcəsinə ali məqamlı Sərdarımızı, Qasım Süleymanini şəhadətə yetirdi. Lakin Allahın lütfü və dünyanın bütün yerində olan, onun intiqamını almaq hissi ilə yaşayan azadə insanların əzmkarlığı ilə kişi kimi düşmənlərini vuracağıq."
Sepahın Qüds Qüvvələrinin komandiri böyük şeytanın (admin: Bu ad İmam Xomeyni (r.ə) tərəfindən ilk dəfə Amerika Birləşmiş Ştatlarına verilmişdir) xüsusiyyətlərini fitnə, yaramazlıq, düşmənçilik və xəbislik olduğunu bildirərək deyib: "Bizim düşmənlərimiz zor gücdən başqa heç bir şeyi anlamırlar. Buna görə də onların müqabilində mütləq möhkəm durmalıyıq. Əgər biz öz vəzifəmizə yaxşı əməl etsək, bütün təhdidlər bizim üçün fürsətə çevrilə bilər."
General Qaani cənabları Şəhid Qasım Süleymanini vəsf edərək deyib: "Hac Qasımin gözəl əxlaqı haqqında danışmaqla qurtarmaq olmaz. Amma onun Vilayət məqamına söz-söhbətsiz bağlılığı, bu ali məqam generalın gördüyü bütün işlərinin əsas və kökünü təşkil edirdi. O daim ixlasla iş görür, ixlasla da addımlayırdı. Nəhayət İslam dininin yüksəlməsi uğrunda bir ömür göstərdiyi səy və mücahidlikdən sonra özünün çoxdankı arzusuna, şəhadət məqamına nail oldu."
Sepahın Qüds Qüvvələrinin baş komandanı İsmail Qaani sonda düşmənə qələbə çalmağın yeganə yolunu dirəniş və müqavimət göstərməkdə olduğuna təkid edərək deyib: "Ali Baş Komandanlığın fərmanında qeyd olunduğu kimi Hac Qasım Süleymaninin işıqlı yolda iqtidarla atdığı addımları tam var qüdrətimizlə davam etdirəcəyik."
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!