18 yanvar 2020 - 15:55
Sərdar Süleymaninin terror edilməsi ABŞ-a baha başa gəldi / Amerikalı əskəərlərə hədələyici məktublar ünvanlanır

Mesajda deyilir: "Əgər canızı istəyirsinizsə və ailəniz ilə bir daha görüşmək arzusundasınızsa yüklərinizi yığıb Qərbi Asiyanı tərk edərək geriyə, öz ölkənizə dönün. Siz və sizin terrorçu prezidentiniz bölgəyə terrordan başqa heç bir şey gətirməmisiniz."."

Əhli Beyt (əleyhimus səlam) Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata görə, Fox Nyus xəbər kanalı bəzi mənbələrə işarə edərək deyib: "Amerikanın Küveytə ezam etdiyi paraşütçülər, miladi ilin ilk ayının əvvəl günlərində təhdid mesajları alıblar. Mesajlarda hərbiçiərin ailələrinə müraciət olunub ki, məntəqəni tərk edib, geriyə evlərinə qayıtsınlar. Əks təqdirdə məsuliyyəti özləri daşıyırlar."

Təhdid mesajları ABŞ ilə İİR-ın arasında əlaqələrin daha da kritikləşdiyi zamanda, Sərdar Süleymaninin Amerika tərəfindən terror edilərək şəhadətə ucalmasından sonra baş verib. Buna görə də, Amerika Ordusu hərbiçilərin ailələrinə xəbərdalıq edib.

Fox Nyus Militari Taymsın hesabatına uyğun olaraq deyib: "Amerika Orusunun hava-desant diviziyasının piyada qoşunlarına aid olan 82-ci hava-desant diviziyası hərbiçilərin ailələrinə xatırladıb ki, sosial şəbəklərdən istifadəni məhdudlaşdırsınlar. Mesajları oxumasınlar."

Fox Nyus bildirib: "Təhdidlər İran meyilli qruplaşmalar tərəfindən göndərilir. Militari Taymsın təhdid dolu mesajlardan biri də, insteqram səhifəsində dərc edilən mesajdır. Mesajda deyilir: "Əgər canızı istəyirsinizsə və ailəniz ilə bir daha görüşmək arzusundasınızsa yüklərinizi yığıb Qərbi Asiyanı tərk edərək geriyə, öz ölkənizə dönün. Siz və sizin terrorçu prezidentiniz bölgəyə terrordan başqa heç bir şey gətirməmisiniz."."

Xatırldaq ki, ABŞ cari ilin ilk ayının əvvəl günlərindən etibarən Fort-Breqqedə (Şimal Karolina ştatı) yerləşdirilmiş 82-ci hava-desant diviziyasının tərkibindəki 4 mindən çox hərbi qulluqçunu Küveytə göndərməyə başlayıb.

Bu barədə “Associated Press” (AP) agentliyi ABŞ-ın Hərbi Qüvvələrinin 82-ci hava-desant diviziyasının rəsmi nümayəndəsi, polkovnik leytenant Mark Bernsə istinad edərək bildirib: "Bu bölmə İran İslam İniqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin Amerika tərəfindən İraqda terror edilməsinə görə yaranmış gərginliyin artmasını nəzərə alaraq ABŞ-ın Qərbi Asiyadakı hərbi mövcudluğunun müddətini uzatması üçün yola düşür."

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!