Əhli Beyt (əleyhimus səlam) Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata görə, Amerikanın tanınmış alimi, jurnalist, kitab müəllifi və Nyu-York Universitetinin "Yeni Məktəb"ində beynəlxalq münasibətlər və Yaxın Şərq siyasəti üzrə araşdırmaçı professoru, Nyu-York "Dünya Siyasəti İnstitutu"nun Yaxın Şərq Ofisinin direktoru Alon Ben Meir facebook səhifəsində yazdığı mesajında İqbal Berişa Xudutinin müdafiəsinə qalxıb.
Alon Ben Meir bildirib: "Kosovoda İslami təşkilatın qurucusu xanım İqbal Berişa Xuduti, sosial şəbəkələrdə Süleymaninin ölümü ilə əlaqədar ABŞ əleyhinə yazı dərc etdiyi üçün həbs edilmişdir."
Nyu-York Universitetinin Yaxın Şərq siyasəti üzrə araşdırmaçı professoru daha sonra yazıb: "Əgər onun tanınmış terror təşkilatları ilə əlaqəsi yoxdursa, heç kim insanları fikirlərini ifadə etdikərinə görə həbsxanaya göndərə bilməz."
Qeyd edək ki, xanım İqbal Berişa Xudutinin həbsi, Kosovo və Balkandakaı medialardan əlavə, nüfuzlu dünya mediasında da başlıqlara səbəb olmuşdu.
Teleqraf.com xəbər verir ki, Britaniya mediası polisin onun "terror aktı törətmək" ittihamı ilə həbs olunduğunu xatırladır.
Reuters xəbər verir ki, Xuduti şəxsi Facebook səhifəsində cümə günü ABŞ qüvvələri Soleimani öldürdükdən sonra Vaşinqtonu tənqid edən şərhlər yazıb.
Qeyd edək ki, onun sözləri yerli KİV tərəfindən kontekstdən çıxarıldıqdan sonra postu silinmişdir

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!