13 yanvar 2020 - 07:11
Vaşinqton İranın təcrid edilməsini arzulayır

ABŞ Dövlət Departamentinin sözçüsü bu ölkənin anti-İran siyasətlərinin davamında Vaşinqtonun strategiyasının İranı siyasi və iqtisadi cəhətdən təcrid etməkdən ibarət olduğunu bildirib.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus FoksNeyus telekanalına verdiyi açıqlamada Amerikanın İrana qarşı sanksiyalarına toxunaraq deyib: Bunlar Vaşinqtonun İrana qarşı hərbi önləyicilik və diplomatik və iqtisadi təcrid strategiyası çərçivəsində həyata keçirilir.

Amerikanın Xəzinədarlıq Nazirliyi 10 yanvarda İranın Amerikanın İraqdakı hərbi bazalarına qarşı intiqam xarakterli raket hücumuna reaksiyada İran İslam Respublikasının polad və dəmir sənayesi və 8 rəsmisinə qarşı sanksiyalar tətbiq edib.

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH yanvarın 8-də təcavüzkar Amerika qüvvələrinin General Leytenant Qasim Süleymani və onun silahdaşlarına qarşı Bağdad hava limanında törətdiyi cinayətə cavab olaraq Amerika hərbçilərinin İraqdakı hərbi bazasını 13 raketlə hədəfə aldı.

...........
340