8 yanvar 2020 - 09:13
ABŞ-ın Qərbi Asiyadakı şər iştirakının sonu başlanıb

İranın xarici işlər naziri vurğulayıb ki, ABŞ-ın Qərbi Asiyadakı şər iştirakının sonu başlanıb. Deyib ki, İranın baş hərbi rəsmisinin terrorunun nəticələri gec-tez Şərqdən Qərbədək Amerikanı yaxalayacaq.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Məhəmməd Cavad Zərif bu gün Tehran regional dialoq assambleyasında Amerikanın İslam İnqilabı Keşikçiləri Korpusunun Quds Qüvvələrinin komandanı general-leytenant Qasem Soleymanini terror etmək üzrə cinayətinə toxunub və belə deyib: Amerika bir daha hamıya sübut etdi ki, beynəlxalq qayda-qanunlara əsla hörmət etmir.

Zərif əlavə edib: General-leytenant Soleymaninin terror edilməsi təkcə İraqın suverenliyinə hücum və İranın başıuca sərkərdəsinin vəhşicəsinə və qorxaqcasına terror edilməsi deyil, həm də Qərbi Asiyada təhlükəsizliyi təmin edən orqanlardan birini hədəfə almaq olubdur.

İranın xarici işlər naziri vurğulayıb: Amerikanın ədəbsiz prezidenti və onun, özündən də ədəbsiz olan dövlət katibi, general Soleymanini terror etməklə bu dəfə böyük riskə gediblər. O, deyib: Amerika maksimum ağrı ilə hiss ediləcək öz cavabını münasib zaman və məkanda alacaq.

Zərif sonra söyləyib: Bu gün Qərbi Asiyaya qəbul etdirilmiş və bilərəkdən və ya bilməyərəkdən bəziləri tərəfindən regionda bir daha istehsal olunan paradiqma bel bir prinsipə söykənibdir ki, amerikan silah və müharibə təhlükəsizlik gətirir.

İranın xarici işlər naziri vurğulayıb: Qərbi Asiyada və Fars Körfəzində təhlükəsizlik gətirən və sülh yaradan məsələ, regiondaxili həmrəyliyin yüksəldilməsi, ortaq anlaşma və əməkdaşlığa əsaslanan münasibətlərdir.

...........
340