İraq Silahlı Qüvvələri heç bir itki və yaralı vermədən, Əl Ənbar əyalətinin bir neçə Qəsəbəsini azğın təkfirçi ünsürlərdən təmizləyərək azad edib. Məlumata görə, döyüş zamanı düşmə qüvvəsi ağır itkilər verərək geri çəkilmək məcburiyyətində qalıb. Eyni zamanda Tikrit şəhərinin ətraf məntəqələrində aparılan Təmizlənmə Əməliyyatlarında da, sələfi azğınlarına ağır itkilər üz verib.
İraqın Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Xalid Cəsam Tikritin azad olması ilə bağlı “Ləbbeyk Ya Rəsulləlah (s)” əməliyyatının sona yetdiyini bildirərək deyib: “Bu günə kimi misli görünməmiş sürətlə xeyli sayda vəhhabi terrorçunu məhv edərək, bir çoxlrını fərar etməyə vadar edən bu qələbəni İraq xalqına, Ali Təqlid Mərcələrinə və başlıca Mərkəzi Dövlətə təbrik deyirəm.”