Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahar TV
çərşənbə axşamı

25 iyun 2019

03:47:18
954661

Tunis xalqı sionist rejimlə sazişlə qarşı yürüş keçirib

Yüzlərlə tunisli Amerika və sionist rejimin “əsrin sövdələşməsi” adlı yeni fitnəsi barədə olan qarşıdakı Bəhreyn konfransı ilə müxalifət edib.

(ABNA24.com) Yüzlərlə tunisli Amerika və sionist rejimin “əsrin sövdələşməsi” adlı yeni fitnəsi barədə olan qarşıdakı Bəhreyn konfransı ilə müxalifət edib.

Tunis xalqının sionist rejimlə sazişə və sazişçilərə qarşı yeni hərəkatı başlanıb. Bu xalq hərəkatı bu dəfə Sfaqs əyalətində yaranıb.

Xalq kütlələri öncə həmkarlar ittifaqının yerli qərargahı qarşısına toplaşıb, sonra isə geniş yürüş keçiriblər. Onlar hər cür saziş ilə qətiyyətli müxalifətə təkid ediblər.

Tunisin yəhudi mənşəli turizm naziri, Runi Trablosinin kənarlaşdırılması bir daha bu aksiyada tələb olunub.

Sfaqs əyaləti Fələstin amalının müdafiəsi yolunda çoxlu sayda şəhid təqdim edibdir ki, onların sonuncusu, Muhəmməd Əlzəvvari olub. O, üç il bundan öncə MOSSAD tərəfindən terror edilibdir.

Yürüş iştiakçıları küçə və prospektlərdə hərəkət ediblər. Onlar şüarlar verərək, Bəhreyn konfransı ilə müxalifət ediblər. Bu konfransda məqsəd, “əsrin sövdələşməsi”nə zəmin yaratmaq və Fələstin amalına son qoymaqdır.

Bu aksiya, arxasında Amerikanın durduğu “əsrin sövdələşməsi” ilə müxalifət istiqamətində keçirilib.

Yürüş iştiakçıları müxtəlif saziş siyasətləri ilə mübarizəyə hazır olduqlarını bildiriblər.



/129