Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahar TV
bazar ertəsi

24 iyun 2019

06:39:12
954365

Bəhreyn xalqı Manama konfransına qarşı aksiya keçirib

Bəhreyn xalqı fələstinlilərə qarşı yönəlmiş Manama konfransını pisləyibdir.

(ABNA24.com) Bəhreyn xalqı fələstinlilərə qarşı yönəlmiş Manama konfransını pisləyibdir.

Bəhreyn xalqı dünən gecə bu ölkənin paytaxtı Manamanın müxtəlif məntəqələrində aksiyalar keçirərək, Fələstin məsələsini zəiflətmək istiqamətndə Amerikanı və sionist rejimi müşayiət edən ərəb rejimlərinə, xüsusən ali-xəlifə rejiminə qarşı öz hiddətini ifadə edibdir.

Bundan öncə də bəhreynli qruplar və fəallar Manamada amerikan-sionist konfransın keçirilməsinə etiraz etmişdilər.

"Əsrin sövdələşməsi"nin icra edilməsinin birinci etapı olacaq Bəhreyn iqtisadi konfransı iyunun 25-i və 26-da Manamada keçirilməlidir.

Fələstin xalqının hüquqlarını aradan götürmək məqsədi güdən "Əsrin sövdələşməsi" adlı amerikan layihəyə əsasən, Qüdsi-Şərif sionist rejimə veriləcək, digər ölkələrdəki fələstinli didərginlər geridönmə haqqına malik olmayacaqlar və Fələstin yalnız İordan çayının qərb sahilində və Qəzzə zolağında yerdə qalan ərazilərin mülkiyyətinə malik olmuş olacaqdır.




/129