Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahar TV
bazar ertəsi

17 iyun 2019

03:37:35
951635

Borucerdli taxta oyma ustadının hünəri

Əl işləri sənayesi də qeyri-neft ixracatı kimi ölkədə iş-gücün rövnəq tapmasına və valyutagətirməyə səbəb ola bilər ki, alqı bazarının yaradılması və himayə edilməsi bu sənətkarların ən mühüm istəklərindəndir.

(ABNA24.com) Əl işləri sənayesi də qeyri-neft ixracatı kimi ölkədə iş-gücün rövnəq tapmasına və valyutagətirməyə səbəb ola bilər ki, alqı bazarının yaradılması və himayə edilməsi bu sənətkarların ən mühüm istəklərindəndir. Borucerd şəhərində taxta oyma sahəsində fəaliyyət göstərən cənab Nurinin sorağına gedirik ki, bu sənət barədə daha çox məlumat əldə etmiş olaq.

Borucerdli sənətkar uşaqlıqdan taxta oyma işini atasından öyrənibdir.

Müsahibə(kişi): Taxta oyma işində sənətkar bir parça taxtadan, onun üzərində işlədiyi eskiz və həmin taxta parçasına verdiyi qol-budaqla nəfis bir tablo yaradır.

Müsahibə(kişi): Heç olmasa, bizim bölgədə mövcud olan tarixi binaların otuz faizində istifadə olunan material taxtadır ki, struktur bölmələrindən tutmuş binaların strukturlarının bir hissəsi olan tavanlaradək, həmçinin qapılar, pəncərələr və mühafizə qapılarınadək taxtadan düzəldilir.

Bu sənətdə sadə vəsaitlərdən istfadə ilə gözəl sənət əsərləri yaratmaq olar.

Müsahibə(kişi): İstifadə oluna bilinəsi ən mühüm alət, müxtəlif formalarda olan iskənə və bir parça taxtadır.

Müsahibə(kişi): Taxta oyma sənətinin iş dəyəri ustadın eskizindən, onun üzərindəki işləmə müddətindən, həmçinin ustadın səbri və hövsələsindən asılıdır.  

Cənab Nurinin heyrətləndirici əsərləri nümunəsindən butılka içərisində taxta gəminin düzəldilməsinə işarə etmək olar.

Müsahibə(kişi): İtaliyalı sənətkarların düzəltdikləri və hətta Ginnes-də qeydə alınmış maksimum diametr, yəni gəminin diametri, 20 mildir. Lakin mənim ixtira etdiyim işdə butılkanın ağzının diametri 16 mildir, gəminin diametri isə 46 mildir. Bu məhsul taxtadan düzəldilibdir.

Maraqla başladığı sənətdə, daha taxta oymaçı sənətkarlar da yetişdirir.

Müsahibə(kişi): Bu taxta oyma ustadlarının məhsullarının satış bazarı başlıca olaraq, iri şəhərlər və ölkənin mərkəzidir.




/129