Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA – Xəbər Agentliyi
şənbə

29 dekabr 2018

15:19:57
922663

Şəri Suala Cavab

İsa (ə) Peyğəmbərin Milad bayramını qeyd etməkin hökmü?

Ümüdünya Müsəlmanlarıın Ali Lideri həzrət Ayətullah Seyyid Əli Xamenei cənabları ona ünvanlanan suala cavab verərək Müsəlman şəxs tərəfindən həzrət İsa Məsihin (əla nəbiyyina və alihi və əleyhi səlam) Milad bayramının qeyd edilməsinin şəri hökmünü açıqlamışdır.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, günün aktual suallarından bir də miladi tarixi ilə yeni il bayramını yəni həzrət İsa Məsihin (əla nəbiyyina və alihi və əleyhi səlam) Milad bayramının Müsəlman şəxs tərəfindən qeyd edilib-edilməməsidir...

Bununla bağlı Ümüdünya Müsəlmanlarıın Ali Lideri həzrət Ayətullah Seyyid Əli Xamenei cənabları ona ünvanlanan suala cavab verərək Müsəlman şəxs tərəfindən həzrət İsa Məsihin (əla nəbiyyina və alihi və əleyhi səlam) Milad bayramının qeyd edilməsinin şəri hökmünü açıqlamışdır.

Sual:

Bəzi müsəlmanlar xristianların bayramlarınıqeyd edirlər. Bu işi düzgündürmü? .

 

Cavab:

Həzrət İsa Məsihin (əla nəbiyyina və alihi və əleyhi səlam) Milad bayramını qeyd etmək öz-özlüyündə heç bir eybi yoxdur. Lakin belə mərasimlərin qeyd edilməsi əgər qərbin bədxah və pozğun mədəniyyətinin habelə fasid ideologiyasının yayılmasına və təbliğinə səbəb olarsa haramdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır