Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Deyerler "Həvzəh"-yə istinadla
bazar

9 dekabr 2018

17:08:56
919979

Məsumların İnci Dolu Kəlamları

Əhli-Beyt (ə) davamçılarından bəla necə dəf olunur?

İmam Zaman ağa (ə.f) buyurur: “Mən, vəsilərin xatəmiyəm. Allah mənə görə bəlanı əhlimdən və davamçılarımdan dəf edər”.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyi:

İmam Zaman ağa (ə.f) buyurur: “Mən, vəsilərin xatəmiyəm. Allah mənə görə bəlanı əhlimdən və davamçılarımdan dəf edər”.

Şeyx Səduq və Şeyx Tusi bu hədisi Əbu Nəsrdən nəql etmişdilər. Əbu Nəsr deyir: “O zaman ki, Həzrətin (ə.f) xadimi oldum, buyurdu: “Məni tanıyırsanmı?”.

Dedim: “Bəli”.

Buyurdu: “Mən kiməm?”.

Dedim: “Sən mənim ağam və mənim ağamın övladısan”.

Həzrət (ə.f) buyurdu: “Mən səndən bu sualı soruşmadım”.

Dedim: “Allah məni sənə fəda etsin, halını mənim üçün izah et!”.

Həzrət (ə.f) buyurdu: “Mən, vəsilərin xatəmiyəm. Allah mənə görə bəlanı əhlimdən və davamçılarımdan dəf edər”.

Bu hədisi şərh edən zaman iki ehtimal yaranmışdır.

1. Həzrət (ə.f) – vəsilərin xatəmidir. İmamət onun mübarək varlığı ilə sona çatmışdır. Ola bilsin ki, vəsi deyən zaman İmam (ə.f), Həzrət Adəmdən (ə) başlayan risaləti nəzərdə tutsun. Ola bilsin ki, İmam Əli (ə) ilə başlayan imamətin xətm olmasını nəzərdə tutsun.

2. İmamın (ə.f) davamçıları tarix boyu çox sayda bəla və çətinliklə üzləşmişdilər. İmam (ə.f) da bu hədisdə buyurur ki, mənim varlığıma görə Allah bu bəlanı davamçılarımdan dəf edəcəkdir. Ehtimal verilir ki, İmam (ə.f) bu buyuruşunda zühur dövrünü nəzərdə tutur.

O zaman ki, İmam Zaman ağa (ə.f) Şeyx Mufid ilə görüşür ona buyurur: “Biz, sizə rəhbərlik etməkdə səhlənkarlıq etməmişik və sizi unutmamışıq. O zamanda da ki, sizə müsibətlər üz verir, düşmənlər köklərinizi kəsməyə çalışır”.

Bir ehtimal vardır ki, İmam (ə.f) bu kəlamında zühur dövrünə işarə etmişdir ki, onun zühuru ilə davamçıları çətinlik və müsibət çəkməklərinə baxmayaraq, Allah onlara nicat verəcək və düşmənlərini məhv edəcəkdir.

Həmçinin bu kəlamın qeyb zamanına aid olması ehtimalı da verilir.

Hər bir halda İmam (ə.f) - vəsilərin xatəmidir və o, bizim çəkdiyimiz çətinlik və müsibətlərdən agahdır. Allah onun mübarək varlığına görə bizləri bir çox bəlalardan qorumuş və qorumaqdadır.

Allah Təala İmamın (ə.f) fərəcini tezləşdirsin ki, bütün bu çətinliklər arxada qalsın və düşmənlərin necə məğlub olmasını biz də öz gözlərimizlə müşahidə edə bilək.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır