Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : SalamNews FarsNews-a istinadla
şənbə

24 noyabr 2018

15:53:08
918001

Beynəlxalq İslami Vəhdət Konfransının 32-ci Toplantısı

Ruhanidən Səudiyyəyə maraqlı təklif: Biz sizi qoruyarıq pulunuzu da istəmirik

İran prezidenti Həsən Ruhani deyib: “Siz 450 milyard dollar verirsizniz ki, təhlükəsizliyinizi ABŞ təmin etsin?! Sizin bu pullarınızı tarac edən şəxs, bu sağmal inəyi sağacağam deyir. Heç olmasa öz ağanızdan istəyin ki hörmətinzi saxlasın. Biz hazırıq ki, Səudiyyə xalqının təhlükəsizliyini hegemon qüvvələrin, təcavüzkarların və terrorçuların qarşısında təmin edək və həmin 450 milyard dolları da istəmirik. Biz sizi təhqir etmərik və sizi qardaş bilirik.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran prezidenti bu gün Tehranda keçirilən beynəlxalq islami vəhdət konfransının 32-ci toplantısında müsəlman dövlətlərinin vəhdət və əlaqələrindən söz açıb və bildirib ki, vəziyyətdən çıxmaq üçün müsəlman ölkələrinin birlikdən başqa yolu yoxdur.

Həsən Ruhani bu çıxışında Səudiyyə hakimiyyətini tənqid edib və onu irqçi və sionizmi dəstəkləyən Trampım əmrlərinə tam şəkildə tabe olmasını kəskin qınayıb və əlavə edib ki, ər-Riyadın müsəlmanlara deyil, əcnəbilərə söykənmək siyasəti ən böyük səhvdir.

Həsən Ruhani Yəmənə hücum edən, müsəlman ölkələrində radikal qruplaşmaları fikri və silah baxımından qidalandıran Səudiyyə hakimiyyətini Donald Trampın əmrlərinə tabe olmamağa və onun təhqirləri qarşısında reaksiya verməyə çağırıb.

H.Ruhani İranın Səudiyyə xalqı üçün düşmən olmadığını vurğulayıb və Suriya, İraq, Yəmən, Livan və Əfqanıstan olduğu kimi Səudiyyə xalqı üçün də hərəkətə keçməyə və buranın təhlükəsizliyini təmin etməyə hazır olduqlarını bildirib.

İran prezidenti Həsən Ruhani deyib: “Siz 450 milyard dollar verirsizniz ki, təhlükəsizliyinizi ABŞ təmin etsin?! Sizin bu pullarınızı tarac edən şəxs, bu sağmal inəyi sağacağam deyir. Heç olmasa öz ağanızdan istəyin ki hörmətinzi saxlasın. Biz hazırıq ki, Səudiyyə xalqının təhlükəsizliyini hegemon qüvvələrin, təcavüzkarların və terrorçuların qarşısında təmin edək və həmin 450 milyard dolları da istəmirik. Biz sizi təhqir etmərik və sizi qardaş bilirik.”


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır