Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA – Xəbər Agentliyi
cümə axşamı

11 oktyabr 2018

11:00:14
912369

İslam və Elm

İspaniyanın Madrid Universitetidə İbn Sinanın büstünün açılışı olub - Foto

İbn Sina tibb və fəlsəfə sahəsi başda olmaqla bir çox sahəyə aid 450 kitabın müəllifidir.

1884 – 1954 cü illərdə yaşamış və birinci dünya müharibəsi zamanı Belçikanı tərk edərək ABŞ-a köçüb orada həyatını elm tarixini tədqiq etmək və yazmaq üçün həsr etmiş və elm tarixini bir intizamlı şəkil halına gətirmiş Corc Sarton yazdığı "Tarix və Elm" adlı kitabında İbn Sinanı dünya tibbinin ən böyük alimlərindən biri kimi təqdim edib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İspaniyanın paytaxtı Madriddə, Autonomus Universitetində məşhur iranlı alim Əbu Əli Sinanın büstünün açılışı olub.

Açılış mərasimindən sonra dünya şöhrətli dahi alimin xatirəsinə həsr olunmuş seminar keçirilib. Seminarda ispaniyalı alim və mütəfəkkirlər iştirak ediblər. İran İslam Respublikasının Madriddəki səfirliyinin müvəqqəti işlər vəkili Əbülfəzl Kaşani də bu mərasimə qatılaraq çıxış edib.

Əbülfəzl Kaşani İbni Sinanın öz dövrünün görkəmli alimi, filosofu, riyaziyyatçısı, kimyaçısı, astronomu, musiqişünası, şairi, arifi, fəqihi və siyasətçisi olduğunu deyib.

Kaşani daha sonra deyib: İbn Sina Qərb və Şərq alimlərinin elmlərini mənimsəyərək, öz biliyi və təcrübəsini bir dünya irsi olaraq bəşəriyyətə təqdim edib.

Qeyd edək ki, İbn Sina tibb və fəlsəfə sahəsi başda olmaqla bir çox sahəyə aid 450 kitabın müəllifidir. 1884 – 1954 cü illərdə yaşamış və birinci dünya müharibəsi zamanı Belçikanı tərk edərək ABŞ-a köçüb orada həyatını elm tarixini tədqiq etmək və yazmaq üçün həsr etmiş və elm tarixini bir intizamlı şəkil halına gətirmiş Corc Sarton yazdığı "Tarix və Elm" adlı kitabında İbn Sinanı dünya tibbinin ən böyük alimlərindən biri kimi təqdim edib.

Həmçinin, Tensi Universitetinin Fəlsəfə Ensiklopediyasında İbn Sİna müasir dövrdən öncəki dövrün ən təsirli filosofu olaraq təqdim olunub.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır