Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : İİR KİV-nə istinadla
cümə axşamı

6 sentyabr 2018

16:39:01
908312

Qarabağ Müsəlman Torpaqlarıdır

İranlı nümayəndə: Bizim üçün işğal edilmiş Şuşa, Xankəndi və Zəngilanın Təbriz, Ərdəbil və Zəncanla bir fərqi yoxdur

“Qarabağ müharibəsi zamanı İran İslam Respublikası Azərbaycan ordusundakı müsəlman qardaşlarına logistik və silah yardımları etmişdir, sonra da bu yardımları müxtəlif yollarla davam etdirmişdir. Diplomatik sahədə də daim Azərbaycanın bu ərazilərə sahiblik haqqını dəstəkləmişdir.”- deyə R. Mütəfəkkirazadə bildirib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bakıda keçirilən “V Beynəlxalq Qarabağ Forumunda” iştirak edən İran İslam Respublikasının nümayəndə heyətinin üzvü Doktor Ruhullah Mütəfəkkirazadə vurğulayıb ki, işğal edilmiş Qarabağ ərazilərinin Azərbaycan Respublikasına qaytarılması bütün dünya ölkələri tərəfindən icra edilməlidir.

R. Mütəfəkkirazadə əlavə edib: “Bizim üçün işğal edilmiş Şuşa, Xankəndi və Zəngilan şəhərlərinin Təbriz, Ərdəbil və Zəncanla heç bir fərqi yoxdur. Sanki, İran torpağının bir hissəsi işğal edilib.”
“Qarabağ müharibəsi zamanı İran İslam Respublikası Azərbaycan ordusundakı müsəlman qardaşlarına logistik və silah yardımları etmişdir, sonra da bu yardımları müxtəlif yollarla davam etdirmişdir. Diplomatik sahədə də daim Azərbaycanın bu ərazilərə sahiblik haqqını dəstəkləmişdir.”- deyə R. Mütəfəkkirazadə bildirib.

Xatırladaq ki, V Beynəlxalq Qarabağ Forumu 29-30 avqustda Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirildi.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır