Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA – Xəbər Agentliyi Sahar TV-ə istinadla
bazar

15 iyul 2018

07:55:50
901773

İslam və İdman

İİR yığması gənclər arasında ağırlıqqaldırma üzrə dünya çempionu oldu

İyulun altısında başlanan 2018-ci il dünya çempionatı bu gün başa çatıbdır.

Qeyd edək ki, İslam Respublikasının gənclərdən ibarət ağırlıqqaldırma üzrə yığma komandası bundan öncə 2017-ci il Yaponiya və 2016-cı il Gürcüstan dünya çempionatlarının birincisi olubdur.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının mömin gənclərdən ibarət ağırlıqqaldırma üzrə yığma komandası Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 2018-ci il dünya çempionatında üçüncü il dalbadal bu yarışların qalibi olub.

İranlı gənclər iki qızıl, üç gümüş və üç bürünc medal qazanaraq, ağırlıqqaldırma üzrə dünya çempionu olub.

Özbəkistan, Türkiyə və ABŞ yığmaları müvafiq olaraq ikincidən dördüncüyədək olan yerləri tutublar.

Qeyd edək ki, İslam Respublikasının gənclərdən ibarət ağırlıqqaldırma üzrə yığma komandası bundan öncə 2017-ci il Yaponiya və 2016-cı il Gürcüstan dünya çempionatlarının birincisi olubdur.

İyulun altısında başlanan 2018-ci il dünya çempionatı bu gün başa çatıbdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır