Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Səhər İRNA-ya istinadla
bazar

13 may 2018

07:10:54
893222

İslam və İdman

Hicab inkişaf əlamətidir! İİR-ın qızlardan ibarət futzal komandası Asiya çempionu oldu

Şənbə günü qızlararası üçüncü Asiya Futzal Çempionatının final görüşündə İİR komandası Yaponiya yığmasını 5-2 hesabı ilə məğlub edərək, bu yarışın qalibi olub.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının qızlardan ibarət futzal komandası Yaponiya yığması üzərində qələbə çalaraq, ardıcıl olaraq ikinci dəfə Asiya Futzal Çempionatının qalibi olub.

Şənbə günü qızlararası üçüncü Asiya Futzal Çempionatının final görüşündə İİR komandası Yaponiya yığmasını 5-2 hesabı ilə məğlub edərək, bu yarışın qalibi olub.

İİR komandası Asiya Futzal Çempionatında keçirdiyi oyunlarda daha öncə Türkmənistan, Özbəkistan, Çin və Vyetnam komandalarını məğlub etməyi bacarmışdı.

Tayland yığması isə Vyetnam üzərində qələbə çalaraq bu yarışların üçüncüsü olub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır