Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Oxu
cümə

16 mart 2018

11:29:59
885922

İdman Xəbərləri

İİR millisi ABŞ-a getməkdən imtina etdi

İmtinaya səbəb İranın Əhvaz şəhərində yunan-Roma güləşi üzrə dünya çempionatının keçirilməsinə icazənin verilməməsidir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikası ABŞ-ın Ayova şəhərində 7-8 apreldə keçiriləcək sərbəst güləş üzrə Dünya Kubokunda iştirakdan imtina edib.

Dünya Güləş Birliyi (UWW) İran İslam Respublikası yığmasının yarışa qatılmaycağını təsdiqləyib.

İmtinaya səbəb İranın Əhvaz şəhərində yunan-Roma güləşi üzrə dünya çempionatının keçirilməsinə icazənin verilməməsidir.

UWW dünya çempionatının yazda deyil, payızda baş tutmasını tələb edib. İran tərəfi isə bildirib ki, beynəlxalq və daxili yarışlar üçün təqvim təsdiqlənib və dəyişdirilə bilməz.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır