31 yanvar 2018 - 17:18
Həzrət Fatimənin (səlamullahi əleyha) Şiələri əvvəl-axır mütləq behiştdə olacaq

Həzrət Fatimə (səlamullahi əleyha): “Bizim davamçılarımız – behişt əhlinin ən üstün insanlarıdır. Hər kim bizi sevərsə, bizim dostlarımızı da sevərsə, düşmənlərimizin düşməni olarsa – qəlb və dili ilə iman gətirmiş olar.”

Bir kişi həyat yoldaşına deyir ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) qızı Fatimənin (səlamullahi əlyha) yanına get və mənim haqqımda sual ver ki, mən onun davamçısıyam, yoxsa yox? Həyat yoldaşı da Xanımın (səlamullahi əlyha) hüzuruna gəlir və bu sualı verir.

Xanım (səlamullahi əlyha) buyurur: “Ona de ki, əgər ona əmr etdiyimizi yerinə yetiribdirsə və qadağan etdiyimizdən çəkinibdirsə - o, bizim davamçılarımızdandır”.

Həyat yoldaşı gəlir və Xanımın (səlamullahi əlyha) sözlərini ərinə deyir. Əri deyir: “Vay olsun mənə! Kim günah və xatadan uzaqdır ki? Ona görə də mən həmişəlik cəhənnəmdəyəm. Çünki hər kim onların davamçısı olmaz, həmişə cəhənnəm atəşində olar”.

Kişinin xanımı yenə Həzrət Fatimənin (səlamullahi əlyha) yanına gəlir və ərinin sözlərini banuya çatdırır. Həzrət Fatimə (səlamullahi əlyha) buyurur: “Ona de ki, güman etdiyi kimi deyildir. Bizim davamçılarımız – behişt əhlinin ən üstün insanlarıdır. Hər kim bizi sevərsə, bizim dostlarımızı da sevərsə, düşmənlərimizin düşməni olarsa – qəlb və dili ilə iman gətirmiş olar.

Əgər bizim əmr və nəhyimizlə müxaliflik edərsə, bizim davamçımız deyildir, baxmayaraq ki, behiştə getsə belə. Ancaq bəla və çətinliklər vasitəsilə günahlardan pak olandan sonra. Və ya Qiyamət günü müxtəlif çətinliklərdən və ya cəhənnəmin ən üstün təbəqəsində əzab olduqdan sonra pak olar. O zaman bizə qarşı olan məhəbbətinə görə cəhənnəmdən ona nicat verərik və öz yanımıza apararıq”.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır