Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Axar
çərşənbə axşamı

9 yanvar 2018

17:20:53
876567

Azərbaycan və İdman

Formula 1 Azərbaycanda 10 il keçiriləcək? – Açıqlama

Formula 1 Azərbaycan Qran Prisini: “3 il əvvəl yarışlar başlayanda vurğulanmışdı ki, Formula 1 ölkəmizdə 5 il keçiriləcək. Sonra ölkəmiz üçün bu yarışın bir faydası olacaqsa, növbəti 5 il də keçirmə haqqına sahibik. Amma hazırda bununla bağlı rəsmi bir məlumat yoxdur”.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu il Azərbaycanda keçirilən Formula 1 yarışlarının könüllüləri yarışın 10 il keçirilməsinin planlaşdırıldığını söyləyirlər. Könüllülər bu barədə onlar üçün keçirilən təlimlərdə deyildiyini bildiriblər.

Məsələ ilə bağlı Formula 1 Azərbaycan Qran Prisindən bildirilib ki, hələlik bununla bağlı rəsmi qərar verilməyib:

“3 il əvvəl yarışlar başlayanda vurğulanmışdı ki, Formula 1 ölkəmizdə 5 il keçiriləcək. Sonra ölkəmiz üçün bu yarışın bir faydası olacaqsa, növbəti 5 il də keçirmə haqqına sahibik. Amma hazırda bununla bağlı rəsmi bir məlumat yoxdur”.

Qeyd edək ki, bu il Formula 1 yarışları 27-29 aprel tarixlərində keçiriləcək.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır