Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA – Xəbər Agentliyi
cümə axşamı

30 noyabr 2017

16:49:23
870156

Bəhreyn Xəbərləri

Şeyx Əli Səlman Qətərlə bağlı ittihamları rədd etdi

Növbəti məhkəmə prosesi dekabırın 28-də keçiriləcək.

Şeyx Əli Səlman 2014-cü ildə qanunsuz rejim tərəfindən saxlanılaraq həbs edilib. 2015 ci ilin iyun ayında isə, “məzhəblər arasında təfriqə salmaq və daxili işlər nazirliyini təhqir etmək” ittihamları ilə, 4 il azadlıqdan məhrum edilib. Daha sonra qanunsuz hakim Şeyx Əli Səlmanı “zorla mövcud hakimiyyətin dəyişdirilməsi” maddəsi ilə, həbs müddətini 9 ilə qaldırıb. Lakin apellyasiya məhkəməsi isə, nadir bir addım ataraq verilən müddəti yenidən 4 il müddətinə azaltmışdır.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün Bəhreynə qanunsuz yollarla hakim kəsilmiş Xəlifə vəhhabi sülaləsi, Bəhreyn Vifaq İcmasının baş katibi Şeyx Əli Səlman cənablarını Qətərə casusluq etməkdə və Bəhreyn rejimini devirməkdə ittiham edərək bununla bağlı ikinci məhkəmə prosesini keçirib.

Xəlifə sülaləsinin qazamatında məhbəs həyatı sürən Şeyx Əli Səlman məhkəmə prosesində iştirak edərək ona vurulan hər hansı itihamı rədd edib.

Növbəti məhkəmə prosesi dekabırın 28-də keçiriləcək.

Qeyd edək ki, Şeyx Əli Səlman məhkəmə prosesinin birinci iclasında səhhəti ilə bağlı iştirak edə bilməmişdir.

O, və onun Həsən Sultan və Əli Mehdi köməkçiləri Bəhreyn rejimi tərəfindən Qətərə casuzluqda ittiham edilirlər.

Bildirək ki, Şeyx Əli Səlman 2014-cü ildə qanunsuz rejim tərəfindən saxlanılaraq həbs edilib. 2015 ci ilin iyun ayında isə, “məzhəblər arasında təfriqə salmaq və daxili işlər nazirliyini təhqir etmək” ittihamları ilə, 4 il azadlıqdan məhrum edilib. Daha sonra qanunsuz hakim Şeyx Əli Səlmanı “zorla mövcud hakimiyyətin dəyişdirilməsi” maddəsi ilə, həbs müddətini 9 ilə qaldırıb. Lakin apellyasiya məhkəməsi isə, nadir bir addım ataraq verilən müddəti yenidən 4 il müddətinə azaltmışdır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır