Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA – Xəbər Agentliyi
bazar

7 may 2017

02:42:09
828250

İslam Mədəniyyəti

Nəcəfi Şərəfdə yerləşən Hənnanə Məscidi və onun tarixi – Foto

Tarixi mənbələrə əsasən bu yerin torpağı iki kərə Məsum İmamların (əleyhimus səlam) əzasın saxlayıb. Bu torpağın ilk əzası həzrət Əmirəl Möminin Əli ibn Əbu Talibin (əleyhiməs səlam) mübarək cənazəsini məxfi sürətdə gecə yarısı dəfn edərkən olub. İkinci əza saxlaması isə, Kərbəla hadisəsində İmam Hüseynin (əleyhi səlam) və Onun vəfalı səhabələrinin məzlumcasına Şəhadətə yetirilməsi zamanı olub.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hənnanə Məscidi Nəcəfi Əşrəf şəhərində yerləşən qədim tarixi bir məkan və abidədir. Tarixi mənbələrə əsasən bu yerin torpağı iki kərə Məsum İmamların (əleyhimus səlam) əzasın saxlayıb. Bu torpağın ilk əzası həzrət Əmirəl Möminin Əli ibn Əbu Talibin (əleyhiməs səlam) mübarək cənazəsini məxfi sürətdə gecə yarısı dəfn edərkən olub. İkinci əza saxlaması isə, Kərbəla hadisəsində İmam Hüseynin (əleyhi səlam) və Onun vəfalı səhabələrinin məzlumcasına Şəhadətə yetirilməsi zamanı olub. Məscidə qoyulan adın ənası da elə bu səbəbdəndir. Bu Məscid, Hənnanə məhəlləsində həzrəti İmam Əlinin (əleyhi səlam) mübarək məzarının 2 km yarım aralığında, Kumeyl ibni Ziyad Nəxəinin mərqədi yaxınlığında yerləşir. Ötən əsrlərdə artıq bu məkan Nəcəf şəhərindən hesab olunmağa başlayıb.   

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır