Qeyd edək ki, Ayətullah Şeyx Qasimin məhkum edilməsi planı xalq kütləsinin davamlı etirazları ilə üzləşdiyi üçün dəfələrlə təxirə salınır.
Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreyn xalqı, mövcud rejimin ali məhkəməsinin Ayətullah Şeyx İsa Qasim cənablarının vətəndaşlıqdan məhrum etmək qərarına etiraz əlaməti olaraq Şeyx İsa Qasimin Paytaxt Mənamənin qərb nahiyyəsində yerləşən əl Diraz məntəqəsindəki mənzili önündə aylarla bəri keçirtdikləri oturaq aksiyaya davam edirlər.
Aksiya iştirakçıları gecə saatlarında yürüş edərək Bəhreyn rejiminin siyasətlərini məhkum etməklə Ayətullah Şeyx İsa Qasimə dəstək olduqlarını elan ediblər.
Yürüş iştirakçıları həmçinin mübarək Şəban ayının daxil olması ilə əlaqədar bayram mərasimini də keçiriblər.
Qeyd edək ki, Ayətullah Şeyx Qasimin məhkum edilməsi planı xalq kütləsinin davamlı etirazları ilə üzləşdiyi üçün dəfələrlə təxirə salınır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır