Yaxın Şərq Xəbərləri
Sionist rejimlə əməkdaşlıq edən Ali Xəlifə rejimi Bəhryen Şiələrinə divan tutdu – Foto
Mənamə yaxınlığında yerləşən Əbu Səbi` məntəqə sakinləri də, Səudiyyə rejimi tərəfindən edam edilən Şiə ruhanisi mərhum Ayətullah Şeyx Baqir Nəmir əl Nəmirin ildönümünün yaxınlaşması ilə əlaqədar etiraz aksiyası təşkil veriblər.
Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreynə hakim kəsilmiş sələfi əqidəli Ali Xəlifə rejiminin Səudiyyə Ərəbistanından gətizdirdiyi xüsusi təyinatlıları Paytaxt Mənamədən kənarda yerləşən Sitrə məntəqəsində Şiələrə qarşı yürüş edərək zorakılıqlar tətbiq ediblər.
Məlumata görə, Şiələr keçirtdikləri sülhamiz etiraz aksiyasında ABŞ, sionist rejim, Səudiyyə və Ali Xəlifəyə qarşı şüarlar səsləndiriblər. Etirazçılar xalqın hüquqlarının bərpası olana kimi aksiyala keçirəcəklərini vurğilayıblar.
Mənamə yaxınlığında yerləşən Əbu Səbi` məntəqə sakinləri də, Səudiyyə rejimi tərəfindən edam edilən Şiə ruhanisi mərhum Ayətullah Şeyx Baqir Nəmir əl Nəmirin ildönümünün yaxınlaşması ilə əlaqədar etiraz aksiyası təşkil veriblər.
Mənamənin qərbində yerləşən əd-Dərraz bölgəsində də akisya keçirilib. Keçirilən aksiyaya səbəb, ölkəyə Fələstin torpaqlarını işğal etmiş sionist rejim heyətinin səfəri olub.
“Ölüm olsun ABŞ-a, ölüm olsun İsrailə” şüarları səsləndirən etirazçılar Fələstin məsələsinin önəmini vurğulayaraq qanunsuz İsrail rejiminin bayrağını yandırıblar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır