İraq təhlükəsizlik gücləri: partlyışın İran, İraq və Bəhreynli zəvvarların Kərbəladan qayıtdığı zaman, 7 avtobusun benzin stansiyasında,fasilə zamanı reallaşıb.

24 noyabr 2016 - 18:46

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - təkfirçi terror təşkilatı olan işid, bu gün günortadan sonra İraqın Hillə şəhərinin cənubunda yerləşən Şumli bölgəsində, Ərbəin ziyarətçilərinin yolunun üzərində yerləşən yanacaq doldurma məntəqəsində terror törədib. İlkin məlumatlara görə əksəriyyəti İranlı olmaqla yüzlərlə şəhid və yaralının olduğu deyilir.

Şəhidlərin sayı haqqında fərqli məlumatlar təqdim edilir, Sky News şəhid sayını 80 nəfər oladuğunu deyib, İraq xəbər qaynaqları terror hücumunda həyatını itirənlərin sayını 10 nəfər və yaralıların sayını isə 12 olaraq qeys edib.

Bəzi xəbər qaynaqlarının verdiyi məlumata görə; terror hücumu İranlı ziyarətçilərin istirahət etmək üçün dayandıqları zaman reallaşıb.

İraq təhlükəsizlik gücləri: partlyışın İran, İraq və Bəhreynli zəvvarların Kərbəladan qayıtdığı zaman, 7 avtobusun benzin stansiyasında,fasilə zamanı reallaşıb.
Terror hücumunu təkfirçi terror təşkilatı olan işid boynuna götürdü və hücumda 200 adamın öldüyünü iddia edir.

Hillə, İraqın paytaxtı Bağdadan 100 km məsafədə olan Babil əyalətinin mərkəzidir. Nisbətən təhlükəsiz olan bölgədə, ara sıra belə terror hücumlarına rast gəlmək mümkündür.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!