Yaxın Şərq Xəbərləri
Bəhreyn Şiələrinin Ayətullah Şeyx Qasimə verdikləri dəstək 150-ci günə qədəm qoydu – Foto
Sionist nökərləri Bəhreyn xalqını əl-Diraz məntəqəsinə daxil olmalarına canlı maneələr yaratsalar da, xalqın Ayətullah Şeyx İsa Qasimin mənzili önünə toplaşmasının qarşısını ala bilmirlər.
Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreynə qanunsuz yollarla hakim kəsilmiş vəhhabi əqidəli Xəlifə sülaləsi növbəti qanunsuzluq edərək ölkənin dünya səviyyəli dahi şəxsiyyəti olan Ali Təqlid Mərcəsi, Ayətullah Şeyx İsa Qasimi vətəndaşlıqdan məhrum etməsinə qarşı etirazlar davam edir.
Belə ki, artıq ölkədə çoxluq təşkil edən lakin böyük məhrumiyyətlərə uğrayan Şiələrin Ayətullah Şeyx İsa Qasimin evi önündə keçirtdikləri sülhməramlı etiraz piketləri artıq 150-ci günə, etirazların 5-ci ayına qədəm qoyub.
Sionist nökərləri Bəhreyn xalqını əl-Diraz məntəqəsinə daxil olmalarına canlı maneələr yaratsalar da, xalqın Ayətullah Şeyx İsa Qasimin mənzili önünə toplaşmasının qarşısını ala bilmirlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır