Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA – Xəbər Agentliyi
şənbə

3 sentyabr 2016

10:25:24
776539

Biz Zəkzəkiyik!

Nigeriyalı tələbələr Şeyx Zəkzəkiyə azadlıq tələbilə yürüş etdilər - Foto

Yürüş mitinqində iştirak edən yüzlərlə tələbə, "Şeyx Zəkzəkiyə azadlıq!" şüarını səsləndiriblər. Hökumətdən Zariya qətliamını törədən ordu rəsmilərin qarşı tədbir görməsi tələb olunub. Aksiyanın sonunda tələbələr tərəfindən qətnamə qəbul edilib.

Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nigeriyada Ayətullah Şeyx İbrahim Zəkzaki və xanımı başda olmaqla bütün Şiə məhbuslarının azad edilməsi uğrunda keçirilən mitinqlər səngimir. Belə ki, Nigeriya İslam Hərəkatının Akademik Forumunun tələbələri Şeyx Zəkzəki və xanımı başda olmaqla bütün Şiə məhbusların dərhal və qeyd-şərtsiz azadlığa buraxılması tələbilə paytaxt Abucada mitinq keçiriblər.

Yürüş mitinqində iştirak edən yüzlərlə tələbə, "Şeyx Zəkzəkiyə azadlıq!" şüarını səsləndiriblər. Hökumətdən Zariya qətliamını törədən ordu rəsmilərin qarşı tədbir görməsi tələb olunub. Aksiyanın sonunda tələbələr tərəfindən qətnamə qəbul edilib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır