Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : İslamAzeri “Əl Aləm”-ə istinadən
çərşənbə axşamı

30 avqust 2016

15:17:26
775675

Keçəl Baxar Güzgüyə Adın Özgəyə

Bəhreyn rejimi BMT-nin insan haqları şurasının etirazlarına münasibət bildirib

"Ölkəmizdən xərac almaq istəyənlərə bir an olsa belə fikir verməyəcəyik, xüsusən də BMT-yə."

Bəhreyndə Şiələrin haqqını tapdaq altında qoyan Xəlifə sülaləsinin xarici işlər naziri daha sonra belə deyib: “Ölkəmiz insan haqları şurası ilə ən çox həmkarlıq edən ölkələrdəndir. Bu şura son zamanlar siyasətbazlıq edir, lakin bunun bizə heç bir təsiri olmayacaq.”

Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreynə qanunsuz yollarla hakim kəsilmiş Xəlifə sülaləsinin xarici işlər naziri Xalid bin Əhməd Ali-Xəlifə BMT-nin ölkədə insan haqlarının pozulmasına dair etirazlarını tənqid atəşinə tutub. (!)

O, BMT-ni rüşvət almaqda ittiham edərək deyib: “Ölkəmizdən xərac almaq istəyənlərə bir an olsa belə fikir verməyəcəyik, xüsusən də BMT-yə.”

Bəhreyndə Şiələrin haqqını tapdaq altında qoyan Xəlifə sülaləsinin xarici işlər naziri daha sonra belə deyib: “Ölkəmiz insan haqları şurası ilə ən çox həmkarlıq edən ölkələrdəndir. Bu şura son zamanlar siyasətbazlıq edir, lakin bunun bizə heç bir təsiri olmayacaq.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır