Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA – Xəbər Agentliyi
bazar ertəsi

29 avqust 2016

10:43:23
775345

Biz Zəkzəkiyik!

Kano sakinləri Şeyx Zəkzəkinin azadlığını tələb etməkdə israrlıdır – Foto

Etiraz aksiyası keçirən sakinlər Nigeriya İslam Hərakatının Lideri, Nigeriya Şiələrinin Dünya Səviyyəli Tanınmış Sədri Ayətullah Şeyx Zəkzəki başda olmaqla dövlət tərəfindən vəhşicəsinə həbs olunan mindən çox Şiənin azad edilməsini tələb ediblər.

Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nigeriyanın Kano şəhər sakinləri Cümə Günü namzadan sonra şəhərin mərkəzi xiyabanına axışaraq mitinq keçiriblər.

Etiraz aksiyası keçirən sakinlər Nigeriya İslam Hərakatının Lideri, Nigeriya Şiələrinin Dünya Səviyyəli Tanınmış Sədri Ayətullah Şeyx Zəkzəki başda olmaqla dövlət tərəfindən vəhşicəsinə həbs olunan mindən çox Şiənin azad edilməsini tələb ediblər.

Xatırladaq ki, 2015, Dekabır ayının 12-sində Nigeriya Hərbi Qüvvələri dövlət başçısının tapşırıqına əsasən Səudiyyə rejimindən aldığı plan üzrə Nigeriya Şiələrinin Lideri və Nigeriya İslam Hərakatının Sədri Ayətullah Şeyx Zəkzakinin mənzilinə və habelə Bəqiyyətullah Hüseyniyyəsinə silahla basqın edərək 2000 silahsız Şiəni qətliam edərək yüzlərlə nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaralamışdır. Bu qanlı hadisə zamanı Şeyx Zəkzaki göz və sinə nahiyyəsindən güllə yarası alaraq özü və xanımı əsir götürülmüş 3 oğlu və bir qızı isə Şəhid edilmişdir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır