Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : İslamazeri “Mehr”-ə istinadən
cümə

26 avqust 2016

12:31:49
774501

Biz Zəkzəkiyik

Şeyx Zəkzaki İran İslam Respublikasına dərin təşəkkürünü bildirdi

Ayətullah Zəkzaki: “Qum şəhərinə, xüsusi ilə də, Ayətullah Ərafi və Ayətullah Ərakiyə mənim salamımı çatdırın. Ayətullah Əraki bizə olunan zülmlərə görə çox zəhmət çəkir, Ayətullah Ərafi isə öz növbəsində cümə xütbələrində bizi yad edir.”

Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nigeriya İslam Hərakatının Lideri və Nigeriya Əhli Beyt (əleyhimus səlam) tərəfdarlarının məhbəs həyatı sürən lideri Ayətullah Şeyx İbrahim Zəkzəki cənabları həbsxanadan İran İslam Respublikası başda olmaqla bütün azadə insanlara mesaj yollayıb.

Şeyx Zəkzakinin ailəsindən verilən məlumata görə, onunla telefon əlaqəsi yaradıblar.

Ayətullah Zəkzaki İran xalqına, onu və Nigeriya müsəlmanlarını dəstəkləyən bütün azadə insanlara salam çatdıraraq bildirib: “Qum şəhərinə, xüsusi ilə də, Ayətullah Ərafi və Ayətullah Ərakiyə mənim salamımı çatdırın. Ayətullah Əraki bizə olunan zülmlərə görə çox zəhmət çəkir, Ayətullah Ərafi isə öz növbəsində cümə xütbələrində bizi yad edir.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır