Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Eastnews “Tasnim”-ə istinadla
çərşənbə

24 avqust 2016

16:16:29
774165

Dalana Söykənmiş Yəhudi İdeologiyası

Yəhudilərin apardığı siyasətin qanunsuz israil rejiminə olan mənfi təsirləri - Təfərrüat

Yanvar ayından iyul ayının sonuna qədər aparılan statistikaya görə, üç milyon yarımdan çox israillinin miqrasiya edildiyi və bu göstəricinin ötən ilə nisbətən 14.9% artdığı açıqlanıb. Yazıda Amerikanın hərbi və maliyyə dəstəklərinə baxmayaraq, sionist rejimin hələ də iqtisadi və sosial böhranlarla mübarizə apardığı və yoxsulluğun 22 faizə çatdığı vurğulanıb.

Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, “Ərəb sülhü” adı altında Fələstin torpaqlarını işğal etmiş sionist rejimlə münasibətlərin normallaşdırılması və İsrailin daxili problemlərinin azaldılması üçün ərəb ölkələrindəki ekstremist terrorçu qrupların dəstəklənməsi kimi aparılan müxtəlif siyasətlərin sionist yəhudi rejiminə bir faydası olmadığı bildirilib.

Aparılan araşdırmada bu siyasətin işğalçı rejimin daxili problemlərini həll etmədiyi və hətta İsrailin təhlükəsizliyinə mənfi təsir etdiyi qeyd olunub.

Yanvar ayından iyul ayının sonuna qədər aparılan statistikaya görə, üç milyon yarımdan çox israillinin miqrasiya edildiyi və bu göstəricinin ötən ilə nisbətən 14.9% artdığı açıqlanıb. Yazıda Amerikanın hərbi və maliyyə dəstəklərinə baxmayaraq, sionist rejimin hələ də iqtisadi və sosial böhranlarla mübarizə apardığı və yoxsulluğun 22 faizə çatdığı vurğulanıb.

Bundan başqa, araşdırmada “Bu rejimə güzəştə getməyən Livan İslami Müqavimətinin və Fələstin Müqavimət Qüvvələrinin varlığı səbəbindən İsrail müharibə olmadan da təhlükəsizlik qorxusu içindədir. Belə bir vəziyyətdə və müqavimətin müharibə edəcəyi  təqdirdə İsrailə gözlənilməz nəticə müjdəsi verdiyi şəraitdə, qanunsuz “İsrail” rejimi necə yeni bir müharibə başlaya bilər ki?”, - deyə qeyd olunub

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır