Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : İslamin Səsi
çərşənbə axşamı

16 avqust 2016

08:44:25
772299

İslam və Araşdırma

Vaqifiyyə məzhəbi nədir? Və İmamların bu məzhəbə münasibəti necadir?

Vaqifiyyə lideri Əli ibni Əbi-Həmzə əl-Bətaini deyir ki Əbu-İbrahim (yeddinci imam) mənə dedi: “Sən və sənin tərəfdarların ulağa bənzəyirsiniz!”

Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Şexy Səduq və Şeyx Tusi (Allahın Rizvanı onlara olsun) öz əsərlərində İmam Rza və İmam Həsən Əsgərinin (əleyhimə səlam) vaqifiyyə liderləri ilə mühazirələrinin bəzi hissələrini gətirmişdir.

Terminoloji olaraq “Vaqifiyyə” İmam Musai Kazim (əleyhi səlam) və İmam Rzanın (əleyhi səlam) zamanına aiddir. Amma digər imamların dövründə də şiədən ayrılan və bir imamda vəqf edən (duran) firqələrə rast gəlmək olar. Məsələn İmam Əli (əleyhi səlam), İmam Sadiq (əleyhi səlam) və İmam Hüseyndən (əleyhi səlam) sonra da hansısa bir şiə qolunun vəqf etdiyinin şahidi oluruq. Amma terminoloji olaraq bu kəlmə İmam Musa Kazim (əleyhi səlam) və İmam Rzanın (əleyhi səlam) zamanına aid edilir.

 

Növbəxti «Firəquş-şiə» kitabında deyir:

Yeddinci imam Musa ibni Cəfər (əleyhi səlam) vəfat etdikdən sonra şiələr həbs olunaraq bir daha Harun Ər-rəşidin zindanına atıldı və tərəfdarları arasında ixtilaf yarandığı üçün onlar beş dəstəyə bölündülər. Birinci dəstə imam Kazimin (əleyhi səlam) «Sindi be-şahək» zindanında vəfat etdiyini və ondan sonra oğlu imam Əli ibni Musa Rizanın (əleyhi səlam) imamətini qəbul etdi. İkinci dəstə imam Musa ibni Cəfərin (əleyhi səlam) ölmədiyini və heç vaxt ölməyəcəyini, yer üzü zülm və ədalətsizliklə dolduqdan sonra zühur edərək haqq-ədaləti bərqərar edəcəyini, üçüncü dəstə isə Onun (əleyhi səlam) qaim olduğunu və vəfat etdiyini, lakin yenidən qayıdıb gizli olduğunu hesab edirlər. Tərəfdarları məxfi şəkildə onunla görüşür, onlara haram və halala dair hökmlər verir. Dördüncü dəstə imamın vəfat etdiyini qəbul etmiş, lakin yenidən İsa ibni Məryəm (əleyhimə səlam) kimi qayıdıb qiyam edərək yer üzündə haqq-ədaləti bərqərar edəcəyini bildirmişlər. Beşinci dəstə belə bir əqidədə olmuşdur ki, imam Kazim (əleyhi səlam) vəfat etmişdir, lakin Allah-Təala onu göylərə qaldırmış və qiyamət günü yenidən dünyaya qaytaracaqdır. Birinci dəstədən başqa qalan dörd dəstə imam Musa ibni Cə᾿fərin imaməti üzərində dayandıqları və onun qeybə çəkildiyini güman etdikləri üçün «Vaqifiyyə» (dayananlar) və ya«Vaqifə» adlandırılmışlar.

Əbül Həsən Əş᾿əri özünün «Məqalatul-islamiyyin», «Əbdül Qahir Bağdadi» «Əl-fərqu beynəl-firəq» və Şəhristani «Əl-miləl vən-nihəl» adlı kitablarında bu nəzəriyyəni irəli sürmüşlər.

Vaqifiyyənin baniləri bu 3 şəxsdir: Əli ibni Əbi-Həmza Bətaini, Ziyad ibni Mərvan Qəndi, Osman ibni İsa Rəvasi.

Onlar İmam Kazimin (əleyhi səlam) maliyyat məsələlərində nümayəndələri idilər. Bəzi faktlara görə İmam Kazım (əleyhi səlam) şəhid olan zaman onların ixtiyarında çoxlu miqdarda maliyyə vəsaitləri var idi. Onlar İmam Kazimdən (əleyhi səlam) sonra imamın olmaması iddiası ilə həmin əmlaka sahib çıxmaq niyyətində idilər.

İmam Musa Kazimin (əleyhi səlam) 247 tərəfdaşından 64-ü vaqifiyyə yolunu seçmişdilər və o həzrətdən sonra bir imamın olmayacağını iddia edirdilər. Bu rəqəm az bir rəqəm olmadığından şiə tarixində də ona ciddi şəkildə yanaşılıb və Vaqifiyyə fikrinə qarşı mübarizə aparılıb.

Ona görə də İmam Kazim(əleyhi səlam), İmam Rza(əleyhi səlam), İmam Həsən Əsgəri (əleyhi səlam) və sair imamlar Vaqifiyyə liderlərinə qarşı bəyanatlar verərdilər.

Vaqifiyyə lideri Əli ibni Əbi-Həmzə əl-Bətaini deyir ki Əbu-İbrahim (yeddinci imam) mənə dedi: “Sən və sənin tərəfdarların ulağa bənzəyirsiniz”

Vaqifiyyənin digər liderləri Rəvasi və Qəndi deyirlər ki bir gün İmam Musa Kazimin (əleyhi səlam) yanında idik. O həzrət bizə dedi: “Əgər siz onu (İmam Rzanı) inkar etsəniz ya ona xəyanət etsəniz, Allahın mələklərin və camaatın lənəti olsun sizə”

İmam Rza (əleyhi səlam) da, hədislərinin birində vaqifiləri kafir, nasibiləri isə müşrik adlandırıb və imamı olmayan şəxsi cahil ölmüş şəxs kimi hesab edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.