Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA – Xəbər Agentliyi
bazar

14 avqust 2016

14:34:12
771932

Yaxın Şərq Xəbərləri

Minlərlə bəhreynli Ali Xəlifə sülaləsinə qarşı çıxdı, Ayətullah İsa Qasimə Azadlıq! – Foto

Xatırladaq ki, Ayətullah Şeyx İsa Qasim Bəhreyn Kəramət İnqilabının mənəvi atası kimi tanınır. O, 1971-ci ildə Bəhreyn ölkəsinin yenicə ərsəyə gəldiyi zaman Nəcəfi Əşrəfdən geriyə öz evinə qayıdır. Səs çoxluğu ilə, Bəhreyn Milli Məclisinə üzv seçilir.

Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün səhər radələrində Sübh namazı qılındıqdan sonra minlərlə bəhreynli xiyabanlara axışaraq Xəlifə xanədanına qarşı şüarlar səsləndiriblər.

Ayətullah Şeyx İsa Qasimin azadlığını tələb edən etirazçılar Ali Xəlifə rejiminin hakimiyyətdən getməsini tələb ediblər.

Xatırladaq ki, Ayətullah Şeyx İsa Qasim Bəhreyn Kəramət İnqilabının mənəvi atası kimi tanınır. O, 1971-ci ildə Bəhreyn ölkəsinin yenicə ərsəyə gəldiyi zaman Nəcəfi Əşrəfdən geriyə öz evinə qayıdır. Səs çoxluğu ilə, Bəhreyn Milli Məclisinə üzv seçilir.

Qeyd edək ki, Bəhreyn 1971-ci ilə kimi İranın ayrılmaz torpaq sahələrindən biri olub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.