Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Azadlıq
şənbə

13 avqust 2016

14:35:28
771709

Azərbaycan Xəbərləri

Maaşı 1500 manat civarında olan deputat milyonluq villasından danışdı

Tahir Süleymanov Mehman Hüseynovu ittiham etdi; bloggerdən sərrast cavab gəldi.

M.Hüseynov T.Süleymanovun xalqa xidmət etdiyi barədə iddiasını da darmadağın edib: “Qiymətlərin qalxmasına etiraz olaraq Siyəzən camaatı ayağa qalxanda bildirdiniz ki, vətəndaşların başı qaçıb, içkilidilər, özləri bilmirlər nə istəyirlər, budurmu sizin xalqa xidmətiniz? 20 ildi deputatsınız Milli Məclisdə oturub 2 dəfə ağzınızı açmısınız. Siz hansı üznən gəlib mənə irad bildirisiniz? Hələ siz durub mənə çox sağ ol deməlisiz ki, mən sizin haqqınızda videosüjet çəkib xalqa göstərdim, heç olmasa indi camaat Tahir adlı bir deputatımızın olduğunu öyrənir”.

Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, deputat Tahir Süleymanov Şabranda dəbdəbəli imarətinin görüntülərinin yayılmasına münasibət bildirib. “Videoya çəkib yazıblar ki, evi var. Adamın evi olar da? Mənim 70-ə yaxın yaşım var, 55-60 ildir çalışıram, məgər mənim evim olmamalıdır?! Videonu çəkən adama demək lazımdır ki, sənin nə icazən var mənim evimi çəkirsən, kimdən icazə alıb çəkirsən?”, – deyə T.Süleymanov Report.az saytına danışıb.

O, evinin yaxınlığındakı məsciddə azan verilməsinə qadağa qoyması barədə iddialara da münasibət bildirib: “Deyir guya mən azan səsini xoşlamıram. Axı bunu hansı əsasla demək olar? Məgər biz müsəlman, azərbaycanlı deyilik? Azan veriləndə mən onun səsini ana laylası kimi eşidirəm, qəbul edirəm. Biz azan səsi ilə böyümüşük, bu nə söhbətdir, mənim başım çıxmır?! Insan gərək vicdanla hərəkət eləsin. Onu çəkənə demək lazımdır ki, ay bala kimin sifarişi ilə bura gəlmisən, kimin sifarişi ilə belə bir material hazırlamısan? Sən ?azan xoşuna gəlmir, azanı susdurub? deməklə mənim inancıma, dini əqidəmə də xələl gətirirsən. Hər bir azərbaycanlı, hər bir müsəlmanın damarında əgər müsəlman qanı varsa o azanla doğulur, azanla da böyüyür. Mən inanclı bir insanam. Bu rayonun məscidlə, qəbiristanlıqla bağlı və başqa xeyriyyə işlərini mən aparıram. Indi camaat da təəccüb edir ki, bu nə yazıdır?”

T.Süleymanov hazırlanan materialın sifariş olduğunu iddia edib.

T.Süleymanovun qiyməti milyonlarla manatla ölçülən villasını lentə alan blogger Mehman Hüseynovun deputata cavabı gecikməyib. O, “Facebook” səhifəsində yerləşdirdiyi cavabda bildirib ki, deputatın fəaliyyətinin, gəlirlərinin şəffaf olmalıdır. M.Hüseynov daha sonra qeyd edib ki, onun hər bir məmurun evini çəkməyə hüququ var: “Mənim hüququm və icazəm var ki, ölkədə vəzifəsindən aslı olmayaraq hər bir məmurun evini çəkim, mülklərini çəkim, özünü çəkim, nə ilə məşğul olduğunu çəkim. Millətin seçdiyin deputata hansı sualı istəsəm onu da verə bilərəm, misal üçün, yaşadığı villanı hansı pulla tikib? Həmçinin seçkili orqanlarda təmsil olunanlar qanuna uyğun olaraq mülkləri və gəlirləri haqqında deklarasiya təqdim etməlidirlər. Bu məlumatlar da Azərbaycan xalqına açıq olmalıdır. Lakin sizin kimi saxta deputatlar qorxaqdılar, villalarda gizlənib vətəndaşlardan uzaq dururlar.

Deputat deyir ki, “adamın evi olar”. Bəli adamın evi olar, ama 1500 manat maaş alan deputatın 20-30 milyonluq villası ola bilməz. Bu, qeyri-mümkündür. Gərək həmin deputat bir 200 il də işləsin ki, aldığı maaşla belə bir villa tiksin (hələ bu bildiyimiz villasıdı). Deməli, sizin başqa bir saxta işiniz də var ki, xalqımız bilmir. Deyə bilərsiniz sizin şəxsi biznesiniz var. Onda sizə cavabım odur ki, Azərbaycan qanununverciliyinə görə deputat heç bir biznes ilə məşğul ola bilməz. Qanun sizə qadağa edir bunu! Indi siz deyin görüm, hansı pulla bu cür 20-30 milyonluq villanı tikmisiniz?”

M.Hüseynov T.Süleymanovun xalqa xidmət etdiyi barədə iddiasını da darmadağın edib: “Qiymətlərin qalxmasına etiraz olaraq Siyəzən camaatı ayağa qalxanda bildirdiniz ki, vətəndaşların başı qaçıb, içkilidilər, özləri bilmirlər nə istəyirlər, budurmu sizin xalqa xidmətiniz?

20 ildi deputatsınız Milli Məclisdə oturub 2 dəfə ağzınızı açmısınız. Siz hansı üznən gəlib mənə irad bildirisiniz? Hələ siz durub mənə çox sağ ol deməlisiz ki, mən sizin haqqınızda videosüjet çəkib xalqa göstərdim, heç olmasa indi camaat Tahir adlı bir deputatımızın olduğunu öyrənir”.

Blogger televiziyaların pulla ələ alındığını xatırladaraq, T.Süleymanovun onu da bu üsulla susdurmağa cəhd etdiyini bildirib: “Lakin bu da mümkün olmadı. Sizin qardaşınızın mənə təklif elədiyindən imtina elədim və bildirdim ki, bunu aparıb o deputatın üzünə vurarsınız!”

M.Hüseynov deputatın din adamı olması barədə dediklərinə də toxunub. “Ay Tahir sən necə din adamısan ki, baxımsız məscidin yanında kasıb bir ailənin evini söküb özünə villa tikmisən? Villa da Məsciddən 2-3 qat hündür və daha gözəldir”, – deyə blogger T.Süleymanovun “Allah sevgisi”nin saxta olduğunu ortaya qoyub.


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.