Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Eastnews Rusiya mətbuatı-istinadla
cümə axşamı

11 avqust 2016

07:13:43
771241

Təhlil

Aleksandır Duqin: "Amerika Türkiyədəki dövlət çevrilişinə 2 milyard dollar ayırdı"

Türkiyədə geriyə nə qaldı? Bu qarışıq geopolitik problemi necə həll edəcək? Dost sayılan insanlar prezident Ərdoğanı öldürməyə cəhd etdilər. Təhlükəsizliyin təminatçısı sayılanlar Türkiyəni daxili müharibənin astanasına gətirdi. Əgər uğurlu olsaydılar, Türkiyədə sabitlik qalmayacaq, bəlkə də III Dünya Müharibəsinə qədər gedib çıxa biləcək qanlı bir daxili müharibə olacaqdı.

Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiya prezidenti Vladimir Putinin düşünən beyni kimi tanınan Aleksandr Duqin Amerikanın Türkiyədəki son qiyamda roluna dair dəhşətli faktların açıqlanması  barədə iddia irəli sürüb.

"THE FOURTH REVOLUTIONARY WAR" (Dördüncü çevriliş müharibəsi) adlı saytda yayımlanan rus yazar Aleksandr Duqinin yazısından qısa bir hissəni diqqətinizə çatdırırıq.

"Bu gün Türkiyədə qiyamın ABŞ və NATO mənşəli olduğundan kimsənin şübhəsi qalmamışdır və amerikalı "Campbell’in qiyamdakı rolu bütün Türkiyə qəzetlərində yer almaqdadır.  Türkiyədə hər kəs amerikalıların bu çevriliş üçün 2 milyard dollar ayırdıqlarını və 80 MKİ əməkdaşını bu işin içində olduğunu bilir. Təbii olaraq türklərin, bu kürəklərindən xəncər zərbəsi almaq kimi nəticə verən hadisədən sonra Qərbin mövqeyi təməlindən dəyişdi. Avropa, NATO və ABŞ-la qaynaşma tərəfdarları olanlar indi bunun əleyhdarı oldular.

Türkiyədə geriyə nə qaldı? Bu qarışıq geopolitik problemi necə həll edəcək? Dost sayılan insanlar prezident Ərdoğanı öldürməyə cəhd etdilər. Təhlükəsizliyin təminatçısı sayılanlar Türkiyəni daxili müharibənin astanasına gətirdi. Əgər uğurlu olsaydılar, Türkiyədə sabitlik qalmayacaq, bəlkə də III Dünya Müharibəsinə qədər gedib çıxa biləcək qanlı bir daxili müharibə olacaqdı.

Ne etməli? Türkiyə bu çətin vəziyyətlə necə bacaracaq?  Təbii ki, dərhal baxılan tərəf Şərq; son zamanlara qədər rəqib və hətta düşmən olaraq qəbul edilən Rusiya, İran, Çin. Bu bir təsadüf də deyil. 9 avqustda Rusiya ilə Türkiyə arasındaki tarixi zirvədə Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin bir araya gəlmədən 3 gün öncə Qazaxstan prezidenti Nursultan Nazarbayevlə Ərdoğan bir araya gəldi. 8 avqust, bu gün Bakıda Rusiya, Azərbaycan və İran prezidentləri görüşəcəklər. Bu bizə nə göstərir; bizlər, Şərqin İslam ölkələri, Orta Asiya Türk dövlətləri, Türkiyə, Azərbaycan və böyük Rusiya Yaxın Şərqdə qüvvələr balansının strateji quruluşunda mühüm dəyişikliklər etməyə hazırlaşırıq.

Ərdoğan və Nazarbayev, onlar köhnə dost və müttəfiqlərdir. Avrasiya Birliyinin ən güclü dəstəkçilərindən olan Nursultan Nazarbayev təbii ki Rusiyaya, Avrasiya Birliyinə yönələcək. Rusiya prezidenti, İlham Əliyev və İran prezidenti Putin-Ərdoğan görüşündən əvvəl nələr danışdılar? Haradaysa, bütün eyni şeyleri; dünyanı çox qütblü etmək üçün qüvvələr nisbətini, Türkiyənin yeni Avrasiya siyasəti və digər bölgə qüvvələrinin bu mərhələdə qoşulmalarını.

Bu gün Türkiyədə hamı bilir ki, Amerika Rusiyanın qədimdən bəri əsas düşmənidir və türklər qarşı tərəfdə deyil, bizim tərəfimizdə idi. Və biz birlikdə olduğumuz zamanlar böyük uğurlara imza atdıq və bunu xüsuslə türklər üçün demək daha düz olar.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.