Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Xarici KİV-ə istinadla
çərşənbə

10 avqust 2016

11:13:01
771070

Hicab və Gözəllik

Olimpiya tarixində ilk dəfə qeyri-İslam ölkələrinin Hicablı idmançı xanımları oyunlara qatıldı - Foto

Həmçinin Misir və Almaniya milli komandaları arasında Qadın çimərlik voleybol matçı da, öz növbəsində böyük əks səda doğurub. Hətta bəzi telekanallar bu oyunun məhz iki ayrı-ayrı mədəniyyətlərin üz-üzə qarşılaşması kimi dəyərləndiriblər.

Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ tarixində ilk dəfə olaraq, Amerika Birləşmiş Ştatlarının Qadın Qılıncoynatma Komandasının hicablı xanımı Olimpiya oyunlarına qatılıb.

Final mərhələsindən geri qalan İbtihac Muhəmməd müsahibəsində bildirib ki, qeyriİslam ölkələrində yaşayanların bir çoxu elə düşünür ki, İslami ictimaiyyətdə qadın idmana qatıla bilməz. Mənim Hicaba riayət etməklə idman sahəsində iştirak etməyim məhz bu fikrin yanlış düşüncə olduğunu sübut etmək idi.

Həmçinin Misir və Almaniya milli komandaları arasında Qadın çimərlik voleybol matçı da, öz növbəsində böyük əks səda doğurub. Hətta bəzi telekanallar bu oyunun məhz iki ayrı-ayrı mədəniyyətlərin üz-üzə qarşılaşması kimi dəyərləndiriblər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır