Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
çərşənbə axşamı

2 avqust 2016

07:25:41
769514

Yaxın Şərq Xəbərləri

Ali Xəlifə rejimin cinayətləri səngimir, Bəhreyn Alimlər Dərnəyinin sədrinə 15 il həbs cəzası verildi

Seyyid Məcid əl-Məşəl isə yeganə günahının ölkədə azlıq təşkil edən mövcud vəhhabi rejimi tərəfindən haqsızlığa məruz qalan və öllkədə əksəriyyəti təşkil edən Bəhreyn şiələrini, habelə şiələrin dini lideri Ayətullah Şeyx İsa Qasimi müdafiə etmək olduğunu bildirib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən şənbə günü qanunsuz Ali Xəlifə rejiminə qarşı müxalif olduğu səbəbilə nəzarətə götürülən Bəhreyn Alimlər Dərnəyinin sədri Höccətül İslam vəl Müslimin Seyyid Məcid əl-Məşəl 15 il həbs cəzasına məhkum edilib.

Vəhhabi əqidəli Ali Xəlifə rejimi Höccətül İslam vəl Müslimin Seyyid əl-Məşəli xalqı sülalə hökumətinə qarşı qızışdırmaqda günahlandırır.

Seyyid Məcid əl-Məşəl isə yeganə günahının ölkədə azlıq təşkil edən mövcud vəhhabi rejimi tərəfindən haqsızlığa məruz qalan və öllkədə əksəriyyəti təşkil edən Bəhreyn şiələrini, habelə şiələrin dini lideri Ayətullah Şeyx İsa Qasimi müdafiə etmək olduğunu bildirib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır