Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : EAN.org
bazar

24 iyul 2016

09:52:33
767669

Müsahibə

Zakir Qaralovun anası Gürçustan əsilli ermənidir- Hüqüq müdafiyəçisi Vidadi İsgenderli

Heydər Əliyev dəfələrlə dünyaya etiraf edib ki, 30 mindən çox erməni kökənli gəlinimiz Azərbaycanda yaşayır.

1988 ci ilə kimi Zakir Qaralovun anasının soy adı Dusya Arutunyan Stepanovna olub . Ermənilərlə münaqişə başlayanda Qaralov saxta pasport əldə edərək anasının soy adını Arutunova rəsmiləşdirib .

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hüqüq müdafiyəçisi, sabiq vicdan məhbusu Vidadi İsgenderli Baş Prokuror haqda senyasyon acıklamalar verdi. O, ölkənin Baş prokururunu bir cox sifarişli ölüm işlərində, korrupiyada və rüşvət almaqda ittiham etdi.

Bununla bagli Vidadi bəy EAN saytina müsahibə verib. Müsahibəni oxuculara oldugu kimi təqdim edirik.

Sual: Vidadi Bəy siz facebook səyfənizdə ölkənin baş prokuroru Zakir Qaralovun anasının milliyətcə erməni olduğunu yazmısıniz. Bu məlumat nə qədər həqiqətə uyğundur?

Cavab: Mən Hüquqşunasam ondan başqa sabiq vicdan məhbusu və hüquq müdafiyyəçisiyəm əlimdə rəsmi faktlar olmasaydı bu bərədə facebok səyfəmdə status yazmazdım. Eyni zamanda Zakir Qaralov ölkənin Baş prokuroru və hüquqşunasdır. Əgər mən yalan danişıramsa versin məni məhkəməyə, mən 10 millionluq xalqımıza sübut edim ki, Zakir Qaralovun anası Gürçustan əsilli ermənidir.

1988 ci ilə kimi Zakir Qaralovun anasının soy adı Dusya Arutunyan Stepanovna olub . Ermənilərlə münaqişə başlayanda Qaralov saxta pasport əldə edərək anasının soy adını Arutunova rəsmiləşdirib .

Sual: Zakir Qaralov səhf etmirəmsə 2000 ildə mərhüm Heydər Əliyev tərəfindən Baş prokuror təyin edilmişdir. Siz bilən o zaman Heydər ƏIliyev bilmirdi Zakir Qaralovun erməni kökənli olmasını?

Cavab: Helə şey olar Həydər Əliyev bunu bilməsin? Birdə Heydər Əliyev dəfələrlə televizion kanallarında bütün xalqa və dünyaya etiraf edib ki, 30 mindən çox erməni kökənli gəlinimiz Azərbaycanda yaşayır.

Sual: Siz bilən hansı səbəbdən Heydər Əliyev onu belə mühüm vəzifəyə təyyin edib?

Cavab: Bu sualı İlham Əliyevə versəydiniz daha düzgün olardı.

Sual: Vidadi bəy hər halda bu suali tanınmış bir hüquq müdafiəçisi kimi sizə ünvanlayıram və hesab edirəm ki, sizin cavabınız nəinki Azərbaycanda hətta minlərlə dunyada yaşayan Azərbaycanlılar ücün, 90 million türk xalqı üçün də maraqlı olardı.

Cavab : Yaxş, Siz ümümiyətlə Zakir Qaralov “şəxsiyyətini” tanıyırsınız?

Cavab: Belə bilirəm ki, 80 ci illərdə Nəsimi rayon prokuroru olub.

Cavab: Düzdür. Sizin bu sualınıza obyektiv cavab vermək üçün gərək bir az siyasətə qayıdam. Bilirsiniz Heydə Əliyev sözün əsil mənasında siyasətçi idi. Çox təssüflər olsun ki, o tarixə böyük siyasətçi kimi deyil, diktator kimi düşdü. Diktatorlar isə hec vaxt yanında vəzifədə şərəfli, layiqli, savadlı kadr olmasına imkan verməyiblər .

Sual: Səbəb?

Cavab : Səbəb birdi -diktatorlar qorxaq olur. Onların (diktatorluqun mahiyyəti belədir) ancaq kukla (robot) tipli kadırlara üstünlük verirlər. Çünki, həmin kadırlar heç vaxt iddiyalı olmurlar. 2 si -diktatorlar dövlət quruculuqunu korrupsiya üzərində qurular ki, kim başını qaldırsa dərhal həmin şəxsə cinayət işi açırlar və uzun müddətli türmə həyatına məhrum edirlər.

Baxın MM kecmiş sədri Rəsul Quliyev qacdı (cinayət işi axtarış) səhiyyə naziri akademik Əli İnsanov, Fərhad Əliyev, və digərlərinin aqibəti hər kəsə məlumdur. Digər katoqoriya insanlar terrorla qətlə yetirildi Ziya Bunyatov, Raul Rzayev, Şəmsi Rəhimov, Afyəddin Cəlilov, Rövşən Cavadov, Elmar Həsəynov, və s.

Mən 2002 ci ilə kimi prokurorluq orqanlarında işləmişəm. Tam səmimi deyirəm diktatura rejimində yüksək vəzifədə çalışan şəxslər heç vaxt “təmiz” işləyə bilməzlər. Çünki dövlət sistemi korrupsiya üzərində qurulur. Buna baxmayaraq o vaxt baş prokuror Eldar Həsənov “şıltaqlıq edib” Heydər Əliyevin sözündən çıxırdı. Nəticəsi hər kəsə bəlli oldu Heydər Əliyev vəzifəsindən uzaqlaşdırdı və Eldar Həsənovun prokurorluq orqanlarından vaxtıiə alkaqolik kimi uzaqlaşdırdıgı Zakir Qaralovu “baş ” prokuror təyin etdi.

Bilirsiniz 1991 ci ildə (ölkədə artıq ermənilərlə müharibə gedən bir vaxtda) Qaralov Nəsimi rayon prokuroru işləyəndə insanlıqdan kənar sərxoş vəziyyətdə Nəsimi rayon polis idarəsinə gedir. Son dərəcə sərxoş vəziyyətdə olduqundan polis idarəsində tab gətirməyərək tavanın üstündə yıxılıb yatır. O vaxt Nəsimi rayon polis idarəsinin rəisi (Natiq Agayev idi əslən Aqdam rayonundan) bölmə rəisinə göstəriş verir ki, Qaralovu salın KPZ yə və ağzını bağlayın. Səhər gəlib görurlər ki, (oxuculardan üzür istəyirəm) Qaralov üstünü başını “bulayıb”. Xəbər Baş Prokurorluga çatan kimi bir neçə gündən sonra Qaralovu hərəkətlərinə görə prokurorluq orqanlarından xaric etdilər.

1993 ildə (milli hakimiyyət devriləndən sonra) Qaralov prokurorluqa müraciət edir ki, guya onu AXCP -lər işdən çıxardıblar. Beləliklə o qeyri stabil bir zamanda prokurorluğa bərpa olur. Siz bilən Heydər Əliyev və İlham Əliyev bu olayları bilmirdilər? Məhs Qaralovu baş prokuror təyin etdikdən sonra, prokurorluq orqanları mahiyyətini itirərək faktiki bir siyasi quruma, hakim YAP-ın (prezidentin) bir orqanına çevrildi və bu orqan bu gündə avtoritar rejimin bir sifarişli struktura çevrilərək müxalifəti və hakimiyyətə sərf etməyən şəxsləri ancaq qanunsuz həbs edərək rejimin konslaqerlərinə göndərmək missiyasını həyata keçirdir .

Məhs bu səbəbdən son illər Azərbaycanda olan siyasi və vicdan məhbuslarının sayina görə bu kateqoriya görə “analoqu olmayan” bir dövlətə çevrilib. (sayına görə bütün dünyada olan suyasi məhbuslarından birgə cəmindən çoxdur )

Sual: Siz həmçinin Qaralovun faktiki qanunsuz biznes şəbəkəsindən də statuslar yazmısınız. Bu barədə oxuculara nə deyə bilərsiz?

Cavab : Yuxarıda qeyd etdim ümümiyyətlə hətta sovetlər birliyə zamanında prokurorluq orqanları korrupsiya mənbəyi olub. 1992-1993 il tarixdə Elçibəyin prezidentlik müddətində prokurorluqda korrupsiya sistemi demək olar ki yox idi. Həydər Əliyev hakimiyyətə gələn gündən prokurorlar xidməti otağlarına rüşvət yığılan sehfləri qaytardılar .

Qaralov Zakiri mən 1993 ildən tanıyıram 1994 ildə Heydər Əliyev onu öncə Sabunçu rayon prokuroru təyyin etdi. Elə o ildən Qaralov Sabunçu rayonunda (Razində ) yerləşəşən Fidan Restoranını 1 million dollara aldı.

Sonra yavaş -yavaş qanunsuz bizneslə məşğul olmağa başladı. Hamıya bəllidi AKKORD firmasına 500 million dollardan şox sərmayə qoymuşdu (Əlindən Bəylər Eyyubov aldı)

Gürcüstanda Sud zavodu. Akstafada spirt zavodu, Şəmkirdə, Qazax rayonunun Daş Salahlı kəndində Sement zavodu, Bakıda tibb mərkəzi. Yumurta biznesi, 10 yaxın villası, 25 yaxın ticarət obyekti və Nərimanov rayonunun ərazisində (köhnə erməni qabirstanlıqın yerində) dəyəri 5 million dollara MOTEL və s.

Sual: Bu qədər var dövləti o necə qazanıb?

Cavab: Qanunsuz əldə etdiyi korrupsiya və rüşvət hesabına. Üstəlik bilirsiniz prokuror vəzifəsi “neçiyədir”?

Sual: Neçəyədir ki?

Cavab: Rayondan və ərazidən asılıdır 500 min dollardan 200 min dollara qədər. Düzdür o rüşvətin bir hissəsi onundur. Üstəlik hər işdən alınmış rüşvətin 50 % şəxsən ona və müavini Rüstəm Usubova gedir. Sadə bir riyazi hesablama. 16 il müddətə vurun.
Sual: Qaralov “şəxsiyyətinə” çox yer ayirdıq . Deyirlər Respublikada bir çox vəzifəli adamların ya anası ya da həyat yoldaşı erməni köklüdü. Bu barədə nə deyə bilərsiniz?
Cavab : Bilirsiniz mən hüquqşunasam faktlara əsaslanıram. Bəzən görürsən kimin-kimdən xoşu gəlmir yazır ki, onun anası və yaxud həyat yoldaşı ermənidir. Mən belə şayələrin tərəfdarı deyiləm. Bu yol verilməzdi. Ancaq dəqiq bilirəm ki, Respublikanın faktiki 2 ci şəxsi hesab edilən Ramiz Mehtiyevin həyat yoldaşı Qalina Mehdiyava ermənidir.

Yaxşı yadımdadır 1992 ci ildə Elçibəyin dövründə Qalina Mehdiyevanı həbs etmişdilər və Bakı Baş polis idarəsinin müvəqəti saxlanma kamerasında saxlayırdılar .

O vaxt Ramiz Mehdiyev Elçibəyə müraciət etmişdir ki, bəs mənim nə günahım var. Böyük övladlarım var.

Elçibəy səhv etmirəmsə İsgəndər Həmidova Qalina Mehdiyevanı həbsdən azad etmək üçün göstəriş vermişdi .

Bundan başqa dəqiq bilirəm ki, Xanlar Hacıyevin (Avropa İnsan Haqları məhkəməsinin hakimi olub ) həyat yoldaşı ermənidir.

Belə şəxslər prezident aparatında da, prokurorluqdad da olub var icra hakimiyyətində (2000 ildə mən İsmayılli rayonunda prokurorluqda işləyəndə icra başçısının anası erməni idi). Bir fakt deyim sizə ermənilərlə müharibə başlayanda Azərbaycanda təxminən 60 min erməni polis orqanlarına rüşvət verərək pasportlarında “azərbaycanlı” olmuşlar. Bizdən fərqli olaraq Ermənilər heç vaxt heç nəyi unutmurlar və 200 ildi bizimlə açıq-aşgar düşməncilik edirlər.

Sual: Hörmətli Vidadi müəllim. Bəs siz niyə indiyə qədər susmusunuz? Bir də niyə bu mövzunu müxalifət liderləri mitinqlərdə qabartmayıblar?

Cavab: Bu mövzuda mən hələ prokurorluqda işləyərkən qabartmışdım. Bir neçı məqalələrim də var. Müxalifət liderlərinə gəldikdə bu sualı yaxşı olar onlara unvanlayın. Qaldı mənə hesab edirəm ki, bəzən siyasətçilər bu məsələyə başqa prizmadan yanaşırlar. Ancaq şəxsiyyətinə hörmətim olmasada Hafiz Haçıyev dəfələrlə bu barədə televizion kanallarında səsləndirib.

Azərbaycan hakimiyyətini faktiki ermənilər idarə edir.


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır