Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
bazar ertəsi

11 iyul 2016

15:32:42
765314

Yaxın Şərq Xəbərləri

Ayətullah şeyx İsa Qasimə dəstək verən bəhreynlilər əl Kəradə şəhidlərini andılar - Foto

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreyn xalqının Ali Xəlifə qaniçən vəhhabi rejiminə qarşı etirazları yeni mərhələyə daxil olub. Belə ki, artıq 21 gündür ki, ölkədə əksəriyyəti təşkil edən lakin buna baxmayaraq bütün sosial və siyasi hüquqlarından məhrum olan Bəhreyn xalqı diktator rejiminin Ayətullah İsa Qasimi vətəndaşlıqdan məhrum etməsini qınayarlar. Aksiyaçılar şeyx İsa Qasımın Manamanın Əd-Diraz rayonundakı evinin qarşısında oturaq aksiyalarına davam etdirirlər. Onlar təkcə Bəhreyn məzlumlarının hüquqlarını deyil hətta İraqın paytaxtı Bağdadın Kərada rayonundakı ticarət mərkəzində 290-dan artıq insanın həlak olmasını da qınayırlar. Bəhreyn Şiələri İraq xalqının dərdinə şərik olduğunu bildirib və şəhidlərin ruhlarına dualar edib Quran oxuyublar.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır