Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
şənbə

9 iyul 2016

14:16:26
764948

Yaxın Şərq Xəbərləri

Şeyx İsa Qasimin lehinə başlanan anti-Xəlifə piket 18-ci günə qədəm qoydu - Foto

Xatırladaq ki, Bəhreyn tarix boyu İran ərazisi olmuş və 16-cı əsrin əvvələrində portuqallar tərəfindən işğal edilir. 17-ci əsirin birinci rübündə azad olunan Bəhreyn yenidən İrana – Səfəvilər dövlətinin tərkib hissəsinə daxil edilir. 18-ci əsrin 80-cı illərində isə İngiltərə Bəhreyni işğal edir və öz protektoratlığına çevirir. Birinci Dünya müharibəsi dövründə Bəhreyndə İngiltərənin iri hərbi bazası yaradılmışdır. İran höküməti Bəhreyni qanunsuz olaraq işğal edilmiş İran ərazisi hesab edirdi. 20-ci illərin sonunda Amerikanın "Bəhreyn petroleum kompani"(BAPKO) neft şirkəti Bəhreynə soxulmağa başladı. Bəhreyn ilk öncə İngiltərə daha sonra ABŞ vasitəsilə 1946-cı ildə rəsmi sürətdə İranın tərkib hissəsindən ayrılaraq İran-Fars körfəzində İngiltərə hökümətinin iqamətgahına çevrildi. Daha sonra isə ABŞ-ın bir başa dəxalətilə 1968-ci ildə Bəhreyn, Qətər və Müqaviləli Oman Ərəb Əmirlikləri Federasiyasını yaratdılar. 1971-ci il avqustun 14-də Bəhreyn müstəqil suveren dövlət elan edildi və BMT-nin 26-cı sessiyasında BMT-yə üzv qəbul olundu.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreyn xalqının ölkəyə qanunsuz yollarla hakim kəsilmiş Xəlifə rejiminin sonsuz cinayətlərinə xüsusilə ölkənin dünya səviyyəli tanınmış Müctehidi Ayətullah Şeyx İsa Qasimi vətəndaşlıqdan məhrum etmək əməlinə qarşı bərpa etdikləri piket davam edir.

Etiraz piketinin 18-ci gününə qədəm qoyması ilə yanaşı Bəhreynin “Haq” hərakatı və “14 Fevral İnqilabçı Cavanlar” birliyi bütün ölkə vətəndaşlarından tələb ediblər ki, ölkədə yaşanan məzhəblər arası savaş siyasətlərinə son qoyulması üçün təşkil olunan mitinqlərdə iştiurak etsinlər.

Qeyd edək ki, Bəhreyndə azlıqda olan və qanunsuz yollarla Bəhreynə hakim kəsilən vəhhbai əqidəli Ali Xəlifə rejimi yaı ölkənin yaranma tarixindən qat-qat çox olan Ayətullah Şeyx İsa Qasimi vətəndaşlıq hüququndan məhrum edilmə fərmanın imzalayıb. Bu özbaşınalıqlara etiraz edən Bəhreyn xalqı Ayətullah Şeyx Qasimin mənzili önündə etiraz piketləri keçirirlər. Və Ali Xəlifə reiminin qəbul etdiyi qərardan çəkinməyəcəyi təqdirdə etiraz piketinin davam etdiriləcəyini vurğulayıblar. Eyni zamanda silahlı insidentlərə də, əl atacaqları ehtimalları da, inkar etməyiblər.

Xatırladaq ki, Bəhreyn tarix boyu İran ərazisi olmuş və 16-cı əsrin əvvələrində portuqallar tərəfindən işğal edilir. 17-ci əsirin birinci rübündə azad olunan Bəhreyn yenidən İrana – Səfəvilər dövlətinin tərkib hissəsinə daxil edilir. 18-ci əsrin 80-cı illərində isə İngiltərə Bəhreyni işğal edir və öz protektoratlığına çevirir. Birinci Dünya müharibəsi dövründə Bəhreyndə İngiltərənin iri hərbi bazası yaradılmışdır. İran höküməti Bəhreyni qanunsuz olaraq işğal edilmiş İran ərazisi hesab edirdi. 20-ci illərin sonunda Amerikanın "Bəhreyn petroleum kompani"(BAPKO) neft şirkəti Bəhreynə soxulmağa başladı. Bəhreyn ilk öncə İngiltərə daha sonra ABŞ vasitəsilə 1946-cı ildə rəsmi sürətdə İranın tərkib hissəsindən ayrılaraq  İran-Fars körfəzində İngiltərə hökümətinin iqamətgahına çevrildi. Daha sonra isə ABŞ-ın bir başa dəxalətilə 1968-ci ildə Bəhreyn, Qətər və Müqaviləli Oman Ərəb Əmirlikləri Federasiyasını yaratdılar. 1971-ci il avqustun 14-də Bəhreyn müstəqil suveren dövlət elan edildi və BMT-nin 26-cı sessiyasında BMT-yə üzv qəbul olundu.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır