Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Deyerler “Parstoday”-a istinadən
cümə axşamı

30 iyun 2016

18:13:23
763328

Ümüdünya Qüds Günü

Ayətullah İsa Qasim: "Ərəblər Qüdsü çox ucuz satdılar"

Şeyx İsa Qasim: “Beynəlxalq Qüds günü Fələstinin məsələsinin və Qüds və Əl-Əqsanın dəyərini İslam ümmətinin düşüncə və vicdanında canlı saxlamaqdadır. Gündən günə ərəblərin mövqeyində rəzalət və rüsvayçılıq artmaqdadır və onlar getdikcə zəifləyirlər”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreyn Şiələrinin lideri Ayətullah İsa Qasim ərəblərin Qüdsü çox ucuz satdığını bildirib.

Ayətullah İsa Qasim Beynəlxalq Qüds günü ilə bağlı belə bir açıqlama ilə çıxış edib: "Beynəlxalq Qüds günü ərəblərin əksəriyyətinin unutduğu və ya əcnəbilərə itaət etmək üçün çox ucuz qiymətə satdıqları Fələstinin günüdür.

Beynəlxalq Qüds günü Fələstinin məsələsinin və Qüds və Əl-Əqsanın dəyərini İslam ümmətinin düşüncə və vicdanında canlı saxlamaqdadır. Gündən günə ərəblərin mövqeyində rəzalət və rüsvayçılıq artmaqdadır və onlar getdikcə zəifləyirlər".

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır