Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : İslamın sesi
cümə axşamı

23 iyun 2016

14:29:59
761989

Araşdırma

“Mən varamsa, İsrail yoxdur” – deyən Ərdoğan manifestinin sonu

Türkiyə və israil rejiminin diplomatları 26 iyunda Avropanın hansısa (bu hələ dəqiqləşməyib) paytaxt şəhərində bir araya gələcəklər. İsrail rəsmilərinin bildirdiyinə görə, bu Türkiyə ilə İsrail arasında sonuncu görüş olacaq. Mütləq nəticə verəcək. İsrailin Türkiyədən tələb etdiyi yeganə məsələ isə Həmasın İstanbuldakı bürosunun bağlanmasıdır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Türkiyə İsrail münasibətlərində R. T. Ərdoğanın mövqeyi həmişə təzadlı olub. Artıq bir neçə gündür ki, İsrail və Türkiyə münasibətlərinin normallaşması istiqamətində mediada xəbərlər dolaşır. İsrail qəzeti Haaretz yazır ki, Türkiyə ilə İsrail arasındakı görüşlər barədə 26 iyunda qərar veriləcək.
İslaminSesi adı çəkilən qəzetə istinadən bildirir ki, hər iki ölkənin diplomatları 26 iyunda Avropanın hansısa (bu hələ dəqiqləşməyib) paytaxt şəhərində bir araya gələcəklər. İsrail rəsmilərinin bildirdiyinə görə, bu Türkiyə ilə İsrail arasında sonuncu görüş olacaq. Mütləq nəticə verəcək. İsrailin Türkiyədən tələb etdiyi yeganə məsələ isə Həmasın İstanbuldakı bürosunun bağlanmasıdır.

Bu barədə Al-Jazeera agentliyinin sualını cavablayan türk rəsmilər isə İsrailin açıqlamasını nə təsdiq, nə də təkzib ediblər.

Amma Türkiyənin Baş naziri Binəli Yıldırım 17 iyunda ölkənin xarici siyasəti ilə bağlı verdiyi açıqlamada bu sözləri söyləmişdi:

“İsrail ilə ortaq bir nöqtəyə gəlmək üzrəyik. Aramızda təmaslar davam edir. Lakin hələ nəticələr alınmayıb. İsrail, Misir, Suriya, Rusiya, ümumiyyətlə Aralıq və Qara dənizi əhatələyən ölkələr arasında düşmənçilik olmaz.”

Lakin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın 2010 –cu ildən bəri müxtəlif ab-havalı çıxışlarından sonra Binəli Yıldırımın bu sözləri sanki Türkiyənin deyil, əcnəbi bir baş nazirin sözləri kimi səsləndi. Halbuki illər əvvəl “Mən varamsa, İsrail yoxdur” şüarları səsləndirən Rəcəb Tayyib Ərdoğan üçün bu münasibətlərin tarixi elə də uzaqdan başlamır.

Rəsmən Qərbi İordan və Qazzə zolağına bölünmüş Fələstinin Qazzə bölgəsində 2007-ci ildə keçirilən seçkilərdə Həmasın qalib gəlməsi ilə İsrailin buranı blokadaya alması bir oldu.

Bu elə bir zaman idi ki, Qərb bütünlüklə Türkiyəyə mülayim İslam layihəsini Yaxın Şərqdə reallaşdırmaq missiyasını tapşırmışdı. Türkiyə isə bunu R. Ərdoğanın rolu ilə elə bir şəkildə etdi ki, sadəcə olaraq inanılmazdır.

1. Qəzza seçkilərində Həmas qalib gəldi və Türkiyə onunla isti münasibətlər yaratdı. Artıq Fələstin Rəcəb Tayyib Ərdoğanın dilindən düşürtmədiyi şüara çevrilmişdi.

Recep Tayyip Erdoğan İsrail Hakkındaki Konuşması by haberdenokta

2. İsrailin prezidenti Şimon Peres TBMM-də çıxış etdi. Bu isə 2007-ci ilə təsadüf edirdi. Artıq AKP- nin ikinci hakimiyyət dövrü-2008-ci il İsrailin baş naziri Olmert Türkiyəyə səfər etdi.

3. Türkiyə İsrail-Suriya və İsrail-Fələstin məsələrində aradüzəldənlik edərkən qəfil İsrail Qazzədə qanlı bir əməliyyatı reallaşdırdı. Bu da Ərdoğanın Davosta məşhur kəlamını - one minute (van minut) deməsi ilə nəticələndi.

Sonrakı hadisələr də bəlli: Mavi Mərmərə hadisəsi, 9 türkün öldürülməsi münasibətləri daha da korladı. Lakin bu siyasi meydandakı münasibətlər idi. İqtisadi meydanda isə tamamilə başqa hadisələr cərəyan edirdi. İsrail və Türkiyə arasında ticarət dalğası böyüyürdü. 2009-cu ildə 2,6 milyard həcmdə olan ticarət dövriyyəsi artaraq 2014-cü ildə 6 milyard dollara yüksəldi.

Qeyd edək ki, İsraildən Türkiyəyə ixrac olunan mallar arasında ən çox yeri silahlar tutur. Bu isə o deməkdir ki, R. Ərdoğan üzdə lənət oxuduğu İsrailə pərdənin o tərəfində milyonlar qazandırır.

Bütün bu dövr ərzində mediada Ərdoğanın İsrailə qarşı mövqeyi açıqdı: O İsrailə ”lənət” oxumaqda davam edir.

İl 2015. AKP və İsrail münasibətləri artıq mülayimləşməyə doğru getməyə başladı. 2015-ci il dekabr ayında Ərdoğan “Türkiyə və İsrail münasibətlərinin bölgə üçün çox əhəmiyyətli” olduğunu vurğuladı. Bir neçə gün sonra xarici işlər nazirinin müşaviri F. Sinirlioğlu İsveçrədə israilli rəsmilərlə görüşməsi xəbəri mətbuata sızdı.

İsraildə yeni təbii qaz yataqlarının aşkarlanması isə Türkiyəni Rusiyadan sonra ora sürüklədi. R. Ərdoğan ABŞ-da rəsmi olaraq yəhudi lobbiləri ilə görüşdü.

Əslində 2006-cı ildən bəri Ərdoğanın bu ikili oyunun məqsədi nə idi?

İlk baxışda hər şey sadə görünür. Türkiyə Qazzədəki insan qırğınına yox deyir, bu çox humanist bir mövqeydir. Lakin fələstinin özündə belə bu məsələ mübahisəlidir. Onlar qətiyyən R. Ərdoğanı onun özünün təqdim etdiyi xilasedici rolunda görmürlər. Fələstinin sabiq nazirlərindən biri Hasan Asfur 2016-cı il 29 fevralda bu barədə açıqlama verdi. O bildirdi ki, Türkiyə Fələstinin istiqlaliyyətini zədələyir, Qazzə ilə Qərbi İordan çayı boyunca ərazilərdə coğrafi parçalanmanı dərinləşdirir və Qazzəni ayrı bir dövlət olmağa təhrik edir. O bütün bunları söyləyərək dövlət başçısı Mahmud Abbası bu barədə tədbir görməyə çağırmışdı. Son hadisələrdən olan süni ada ( thttp://www.islaminsesi.az/israil-rejiminden-felestinlilere-qeyri-adi-teklif--47288.html )təklifi də bu sabiq nazirin dediyini bir daha da təsdiqləyir.

İsrail bu oyunda Ərdoğandan nə umurdu və onun missiyası əslində nə idi? Niyə bu qədər korlanmış münasibətdən sonra Türkiyə və İsrail münasibətləri düzəlməyə doğru getdi?
Ərdoğanın missiyası Həması mümkün qədər mülayim mövqeyə salıb onu yalnız Qazzə zolağı ilə məhdudlaşdırmaq idi. Lakin illər ötür, Ərdoğanın bu faydasız işi öz nəticəsini göstərmir. Ərdoğan artıq yanvar 2016-cı ildə Səudiyyəyə etdiyi səfər zaman jurnalistlərin suallarını cavablandırarkən “Bizim İsrailə ehtiyacımız var” cümləsi ilə bütün bu illər ərzində dediklərinin üstündən xətt çəkdi.

Son gələn infomasiyaya isə təəccüblü deyil. İsrailin əhəmiyyətli media orqanlarından biri olan Yerusəlim post Həmas rəsmilərinin birinin Türkiyənin İsrail qarşısında qoyduğu ən böyük şərtlərdən birindən vaz keçdiyini açıqladı. Bu şərt isə Qazzənin blokadası idi. İsrail Qazzənin blokadasından vaz keçəcəkdi, Türkiyə İsrail münasibətləri normallaşacaqdı.

Lakin üfüqdə tamamilə başqa mənzərə var: İsrail və Türkiyə birliyi...

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır