Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Ahli-Beyt Alalam-a istinadən
cümə axşamı

23 iyun 2016

12:47:08
761963

Yaxın Şərq Xəbərləri

Seyyid Sistani Şeyx Qasimlə telefon əlaqəsi yaradıb

Ali Təqlid Mərcəsi Şeyx Qasimlə telefon danışıqlarında Bəhreynlilərin haqqının qaytarılması üçün bütün imkanlarından istifadə edəcəyini vurğulayıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ayətullah Sistani Şeyx Qasim ilə telefon danışıqları aparıb. İslam aləminin böyük mərcələrindən olan Sistani həzrətləri Şeyx Qasimə buyurublar ki sizə qarşı xalisanə sevgimiz var.

Ayətullah Sistani Şeyx Qasimin sağlamlığının yerində olduğunu öyrəndikdən sonra buyurub: "Sizin məqamınız ürəklərdədir, baş verən hadisə sizə qarşı heç bir ziyan yetirməz."

Ayətullah Sistani Şeyx Qasimlə telefon danışıqlarının sonunda Şeyx Qasimin salamatçılığı və Bəhreyinli mömin qardaşların haqqında dua etmişdir.

Ayətullah Sistani sonda bütün Bəhreyn xalqına üz tutaraq buyurmuşdur ki, Bəhreyn xalqına xidmət və onların haqqının qaytarılması üçün bütün imkanlarından istifadə edəcəkdir.

Qeyd edək ki, Bəhreynə qanunsuz yollarla hakim kəsilən vəhhabi əqidəli Xəlifə sülalə rejimi bir neçə gün bundan öncə Bəhreynin tanınmış Müctehidi Ayətullah Şeyx İsa Qasimi vətəndaşlıqdan məhrum edib. Ali Xəlifə rejimin bu cinayəti təkcə ölkə daxilində deyil xaricdə də, böyük rezonans doğurub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır