Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreynə qanunsuz yollarla hakim kəsilmiş vəhhabi əqidəli Xəlifə sülalə rejimin güv strukturları Ayətullah İsa Qasimin paytaxt Mənamənin qərbində yerləşən ofisinə hücum edərək, qapılarını qırıb və qanunsuz axtarış həyata keçiriblər.
Bəhreyn xalqı isə böyük Müctehid Şeyx İsa Qasimi rejimin təhlükəsindən müdafiə etmək üçün, onun mənzili qarşısında toplaşıblar. Onlar Ali Xəlifə rejimin bu cinayətlərini məhkum edir və Ayətullah Şeyx İsa Qasimi rejimə təhvil verilməsinin önünü alırlar.
Kəfən geyinmiş etirazçılar Şeyx İsa Qasimin mənzili önündə Ali Xəlifə rejiminə qarşı aksiyalar təşkil ediblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır