Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
çərşənbə axşamı

14 iyun 2016

19:52:56
760251

Yaxın Şərq Xəbərləri

Bəhreyn xalqı Şeyx Əli Səlmanın azad edilməsi üçün aksiya etdilər - Foto

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreyn xalqının qanunsuz Xəlifə rejiminə qarşı etiraz aksiyaları davam edir. Belə k i, aksiya iştirakçıları rejim tərəfindən azad fikir və çıxışlarına görə, həbs edilən Vifaq Partiyasının Baş Katibi Höccətül İslam vəl Müslimin Şeyx Əli Səlman başda olmaqla bütün siyasi məhbusların tez bir zamanda azad edilməsini tələb ediblər. Qeyd edək ki, Bəhreyn Xalqı 2001-ci il 14 Fevral tarixdən etibarən ölkələrinin qanun çərçivəsində ədalətlə idarə olunmasını və ölkəyə qanunsuz sürətdə hakim kəsilmiş vəhhabi əqidəli Xəlifə padşahlıq rejiminin ləğv edilməsini tələb edirlər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır