Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
bazar ertəsi

6 iyun 2016

15:40:30
758571

Ədalət Naminə Aclıq Aksiyası

ABNA-nın Pakistan alimlərinin aclıq aksiyasının 20-ci günündə “Müsəlmanların Vəhdət Məclisi” hərakatının rəhbərilə müsahibəsi

ABNA: Lütfən deyin görək nə üçün Əllamə Race Nasir Əbbas Cəfəri aclıq aksiyası keçirmək fikrinə düşdü? - Bismillahir Rəhmanir Rəhim. Bunun əsas dəlili uzun illər mütəmadi sürətdə Şiələrin Pakistanda qətliam edilməsidir. Terror qrupları 1962-ci ildən başlayaraq bu günə kimi Pakistanda 27000 günahsız Şiənin xüsusi ilə də, müxtəlif elm və iş insanlarının həyatına son qoyublar. Lakin bu günə kimi dövlət bu haqda heç bir ciddi addım atmayıb. Şiələri qətlə yetirən qatillər ölkədə azad sürətdə gəzir və Şiələr qarşı zorakı fəaliyyətlərini aşkara davam etdirirlər. Hətta iş o yerə gəlib çatıb ki, dövlət bəzi vaxtlar aşkara terrorçu qruplara dəstək verir!...

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Pakistanda Şiələrin ən böyük təşkilatı sayılan “Müsəlmanların Vəhdət Məclisi” hərakatı ölkə rəsmilərinin Pakistanda Şiələrin uzun illər mütəmadi sürətdə terror edilməsi faktına biganə yanaşmalarına etiraz əlaməti olaraq 14 may 2016 tarixdən etibarən aclıq aksiyası keçiriblər. Aksiya “Müsəlmanların Vəhdət Məclisi” hərakatının Baş Katibi Əllamə Race Nasir Əbbas Cəfəri tərəfindən başlanıb. Daha sonra hərakatın əsas üzvləri və digər şəxsiyyətlər bu aksiyaya qoşulublar. Etirazçılar aksiyaya Paytaxt İslamabad şəhərinə davam etdirirlər. Aclıq aksiyasına start verən “Müsəlmanların Vəhdət Məclisi” hərakatının Baş Katibi Əllamə Race Nasir Əbbas Cəfərinin halı 17 gündən sonra qəfil pisləşib və onu xəstəxanaya aparıb yerləşdiriblər.

Pakistan Şiələrinin aclıq aksiyasına start vermələrinin əsas səbəbini saytımızın izləyicilərinə çatdırmaqdan ötrü ABNA saytı “Müsəlmanların Vəhdət Məclisi” hərakatının bailərindən biri olan və halhazırda Londonda Məsciddə İmam Camaatlıq vəzifəsini daşıyan Höccətül İslam vəl Müslimin Qulam Hur Şubeyri ilə müsahibə edib. Müsahibəni təqdim edirik:

 

ABNA: Lütfən deyin görək nə üçün Əllamə Race Nasir Əbbas Cəfəri aclıq aksiyası keçirmək fikrinə düşdü?

- Bismillahir Rəhmanir Rəhim. Bunun əsas dəlili uzun illər mütəmadi sürətdə Şiələrin Pakistanda qətliam edilməsidir. Terror qrupları 1962-ci ildən başlayaraq bu günə kimi Pakistanda 27000 günahsız Şiənin xüsusi ilə də, müxtəlif elm və iş insanlarının həyatına son qoyublar. Lakin bu günə kimi dövlət bu haqda heç bir ciddi addım atmayıb. Şiələri qətlə yetirən qatillər ölkədə azad sürətdə gəzir və Şiələr qarşı zorakı fəaliyyətlərini aşkara davam etdirirlər. Hətta iş o yerə gəlib çatıb ki, dövlət bəzi vaxtlar aşkara terrorçu qruplara dəstək verir!

Digər vurğulanası məsələ isə, Nəvaz Şərifin başçılıq etdiyi hazırkı dövləti Şiələrə qarşı xüsusi yeni düşmənçilik mövqei sərgiləyir və onların torpaq və əmlaklarını zorla əllərindən alır! Müxtəlif bölgələrdə Şiələrə əziyyət verib həbs etmək üçün naməlum qanunlardan istifadə edir. Sələfi ruhaniləri də bu yöndə dövlətin zülmünə yardımların əsirgəmirlər.

 

ABNA: Lütfən dövlətin son addımları haqqda biraz geniş izah verin. Yəni dövlət necə və nəcür Şiələrin əmlak və torpaqlarını mənimsəyərək sahib çıxır?

- Gilgit və Bəltistan Pakistanda Şiələrin kompakt yaşadıqları məntəqələrdir. Əhli Beyt (əleyhimus səlam) davamçıları bu bölgələrdə xeyli sayda torpaq əmlakına sahibdirlər. Orddu və dövlət orqanları müxtəlif üsullarla onların əmlaklarını müsadirə edirlər. Onların hədəfi Şiələrin bu məntəqələrdə sayını azaldıb iqtisadi durumlarını zəiflətməkdir.

 

ABNA: Zorakılqların davam etməsi haqda nə deyə bilərsiz?

- Bəli, vəziyyət dəyişilməz olaraq qalmaqdadır. Elə bir neçə gün bundan öncə  bütün əhalisi Şiə olan Paraçinar məntəqəsində terrorçular deyil məhz təhlükəsizlik orqan işçiləri İmam Hüseynin (əleyhi səlam) milad bayramı üçün keçirilən mərasimə hücum çəkərək bir neçə nəfəri Şəhid etdilər və xeyli sayda günahsız insanları yaraladılar. Təkcə Deyre İsmail Xan məntəqəsində bir gün ərzində dörd Şiəni Şəid etdilər. Dövlət isə bütün bu cinayətlərə göz yumdu və heç bir tədbir görmədi!

 

ABNA: Dediyiniz kimi Pakistan Şiələrinə qarşı zorakılıqlar artıq onilliklər ərzində davam edir. Sizcə bu aksiyanın bir xeyri olacaqmı? Vəziyyəti dəyişə biləcəkmi?

- “Müsəlmanların Vəhdət Məclisi” xüsusi ilə də, Höccətül İslam vəl Müslimin Race Əbbas Nasir tam qətiyyətlə Şiələrin hüquqlarının bərpa olunacağı günə kimi aclıq aksiyasına davam etdirəcəklərini elan ediblər. Onlar aclıq aksiyasını keçirməklə dövlətə təzyiq göstərmək, ümum fikirləri cəlb etmək və xalqda oyanış yaratmaq niyyətindədirlər.

 

ABNA: Aksiya iştirakçılarının tələbləri nədir?

- Onların tələb etdikləri müəyyən istəklər bunlardır:

1. Ölkənin müxtəlif yerlərində Pakistan Şiələrinə qarşı aparılan terror əməliyyatlarının qarşısını almaq üçün lazımı addımların atılması,

2. Şikarpur, Ciykəb və s. məntəqələrdə baş vermiş bütün Şiə qətliam hadisələrinin qovluqları hərbi məhkəməyə irca verilməlidir,

3. Pəncab əyalətində Şiələrin dini ayinlər xüsusi ilə, əzadarlıq mərasimlərinin keçirilməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması,

4. Təkfirçi, ekstrimist və firqəpərəst sektaların fəaliyyətlərinin qadağan edilməsi,

5. Dövlətin “Xeybər Pəxtunxah” əyalətində Şiə qətliamına rəvac verməsini məhkum etmək və bu işdə birbaşa rol oynayan dövlət məmurlarının cinayətə cəlb edilməsi.

6. Son günlərdə Paraçinar Şiələrinin Ordu Qüvvələri tərəfindən qanlarına qəltan edilməsi cinayət olayı ilə bağlı təftiş komitəsinin yaradılması,

7. Gilgit və Bəltistan bölgələrində Şiələrin əmlak və torpaqlarının dövlət tərəfindən mənimsənilməsinə son qoymaq və alınmış əmlak və torpaq ərazilərinin yenidən öz əsil sahiblərinə Şiələrə geri qaytarılması.

Aksiya iştirakçıları elan ediblər ki, dövlətdən tələb etdikləri 7 bəndin hammısı həyata keçirilməyəcəyi təqdirdə aclıq aksiyasına davam etdirəcəklər.

 

ABNA: Sizcə dövlət xüsusi ilə də, Pakistanda “İSİ” kimi qüdrətə malik olan mərkəzlər sizin bu istəklərinizə müsbət cavab verəcəklər?

- Aclıq aksiyasının xəbərləri bütün Pakistanda artıq yayılıb və hər kəsin bundan xəbəri vardır. Şimalda Bəltistan əyaləti, cənubda Sind əyalətinin müxtəlif məntəqələrində yaşayan sakinləri aclıq aksiyasına dəstək məqsədi ilə, ayrı ayrılıqda aclıq aksiyaları keçirirlər. Lakin bütün bunlara baxmayaraq bu günə kimi dövlət hələ də, sükut etməkdədir. Etirazçılar milyonarla Pakistan Şiə vətəndaşlarının tapdalanmış hüquqlarının bütövlüklə geri alınması yaxud ən azından Şiələrin ölkədə qüdrətə gəlməsi və hüquqi yollar ilə haqqlarına çatması məqsədi ilə aclıq aksiyaları keçirməklə dövlətə təzyiq göstərməyə israrlıdırlar. Əgər ölkə daxili və xaricində yaşayan insanların ümumi fikirlərində oyanış edə bilsək, hədəflərimizə nail olmağımız heçdə qeyri-mümkün iş deyildir.

 

ABNA: Aclıq aksiyasına  haçan start verilib? Və bu gün artıq aksiyanın neçənci günüdür?

- Aksiya Cari ilin may ayının 13-ü, Cümə günü başlayıbdır. Və bu gün artıq aclıq aksiyasının 24-cü günüdür.

 

ABNA: Əllamə Race Nasir Əbbas Cəfəri ilə daha neçə nəfər aclıq aksiyası keçirir?

- Aclıq aksiyasını əsasən Əllamə Race Nasir Əbbas Cəfəri keçirirdi, amma artıq bu gün “Müsəlmanların Vəhdət Məclisi” hərakatının bütün rəhbərləri bu aksiyaya qoşulub. Öncə işarə etdiyim kimi aclıq aksiyasının keçirilmə xəbəri ölkə daxili və xaricində yayılan gündən artıq müxtəlif təşkilatlar və sıravi insanlar hərakata dəstək olduqlarını elan ediblər və hər gün onlarla insan Əllamə Cəfəri ilə görüşmək üçün İslamabada gəlirlər.

Həmçinin halhazırda Pakistanın Lahur, Karaçi, Meltan, Paraçinar və Bəltistan əyalətlərində habelə, ABŞ-ın Nyu- York şəhərində, İraqda, Londonda və sair qərb və şərq ölkələrində müxtəlif hüquqi təşkilatlar piket və aksiyalar keçirərək Əllamə Race Nasir Əbbas Cəfərinin aksiyasına dəstək və Pakistan Şiələri ilə həmdər olduqlarını elan ediblər. Belə ki, Londonda insanlar Pakistan səfirliyi qarşısında piket düzənləyiblər. Bundan əlavə Pakistandakı bütün qeyridövlət təşkilatları aksiyanın qanuni olduğunu və irəli sürülən bütün tələblərin haqq olduğunu təsdiqləyiblər. Bütün bunlar onun göstəricisidir ki, əlhəmdulillah atılan addımlar təsirli olub.

 

ABNA: Aksiya harada keçirilir?

- Aksiya paytaxt İslamabadda yerləşən Press Klubun önündə həyata keçirilir.

 

ABNA: Hazırda aksiya iştirakçılarının sağlamlıq vəziyyəti necədir?

- Təbii ki, durumları ürəkaçan deyildir. Üqmumi zəiflik artıq cismlərinə hakim kəsilib, bir həftə öncə Əllamə Race Nasir Əbbas Cəfərinin halı pisləşmişdir, məcburiyyət qarşısında onu xəstəxanaya aparmalı oldular lakin iki saatdan sonra Əllamə yenidən qayıdaraq aksiyaya qoşulmuşdır.

 

ABNA: Sizin Pakistan sərhədlərindən kənarda yaşayan digər Şiə qardaşlardan umacağınız nədir?

- Umacağımız budur ki, onlar Pakistan Müsəlman və Şiə xalqlarının vəziyyətilə maraqlansınlar və baş verən hadisələr qarşısında imkan daxilində suqun qalmasınlar, bizə dəstək olduqlarıın elan etsinlər.

 

ABNA: Sonda əgər deyiləsi lazım olan məsələ varsa buyuraydınız.

- Mənim Təqlid Mərcələrindən, böyük alimlərdən, ziyalılardan, media işçilərindən, elm adamlarından acizanə istəyim budur ki, bu haqda tez bir zamanda öz nəzərlərini bildirsinlər və Pakistan şiələrinə və eyni zamanda onların tələb etdikləri hüquqi haqqlarına dəstək versinlər. Bəzən belə hiss olunur ki, onlar Pakistanda baş verən hadisələrə əhəmiyyət vermirlər.

 

ABNA: Bizim ilə müsahibəyə vaxt ayırdığınız üçün dərin təşəkkürümüzü bildiririk.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır